Mobil versiya
Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir
Tarix: 27-05-2021 | Saat: 12:01
Bölmə:Seçki 2024 | çapa göndər

Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir

28 May Respublika Günü Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. Məhz bu gün, təkcə Azərbaycanda, həm dətəkcə türk dünyasında deyil, bütövlükdə, müsəlman Şərqində Demokratik Cümhuriyyətin yarandığı bir gündür. Bu gün Azərbaycanın yurdsevən, demokratiya, tərəqqipərvər və millətsevən insanlarımüstəqillik elan ediblər. Məhz 1918-ci ilin 28 may günü Azərbaycan özünü bir dövlət kimi varlığını dünyayagöstərdi. Çox təəssüf ki, həmin illər qarışıq idi. Nə Birinci Dünya müharibəsi, nə də ki, dünyanın hələ bölüşdürülməsi prosesi qutarmamışdı, dünyada sovet kabusudolaşırdı. 23 ay yaşayandan sonra Demokratik Cümhuriyyət süqut etdi və uzun illər sovet hökumətinin tabeliyində qalmağına baxmayaraq, xalqımız demokratik ideyaları daim qoruyub saxlamağa müvəffəq oldu.

XX əsrdə ikinci dəfədemokratik dövlət əldə etdikdən sonra Azərbaycanhəmin demokratik cümhuriyyətin ənənələrini bərpa etdi. Şübhəsiz ki, XX əsrin sonlarında Ümummilli LiderimizHeydər Əliyevin hakimiyyətə qayıdışı demokratik, müstəqil Azərbaycanın dövlətinin qorunması, möhkəmləndirilməsi 1918-ci ildə əldə etdiyimiz uğurların əbədiyyətə qədər davam etməsinə səbəb olaraq dönüş yaratdı. Bu günün tarixi yaddaşlarda yaşanması,gənc nəsillərinə tanıdılması, eləcə də, Azərbaycanı sevən, istəyən dost ölkələrə tanıtması bizim bir dövlət, bir millət olaraq tariximizə xidmət edəcək işlərdən biridir.

1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin ömrü iki il çəkdi, onun varisi kimi yaranan Azərbaycan Respublikasının ömrü isə daha qısa ola bilərdi. Bu , bir daha onu göstərir ki, müstəqilliyi saxlamaq onu əldə etməkdən daha çətin və məsuliyyətli bir işdir. Xalq Cümhuriyyətinin ənənələrinə sadiqlik nümayiş etdirən Ümummilli Lider Heydər Əliyev hələ sovet dövründə - 1990-cı ildə ilk dəfə Naxçıvanda Cümhuriyyətin üçrəngli bayrağını Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul etdi və bu, müstəqilliyə gedən yolun başlanğıcı oldu. Belə ki, müstəqilliyə gedən yol bu tarixi andan başlamışdır. Sovet İttifaqı hələ yaşayırdı və belə cəsarətli addım Ulu Öndərin öz xalqına, öz dövlətinə, xalqının, dövlətinin gələcəyinə nə qədər bağlı olduğunu, nə qədər böyük önəm verdiyini göstərir.

Xalqın çağırışı ilə 1993-cü ildə respublikaya rəhbərliyə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etdi, Xalq Cümhuriyyəti dövründə təməli qoyulmuş müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, müstəqilliyimizi dönməz və əbədi etdi. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində Azərbaycan milli dövlətçiliyi yenidən süquta uğramaq təhlükəsindən xilas oldu.

Ümummilli Lider Heydər Əliyev 1998-ci ildə Cümhuriyyətin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitqində deyirdi: "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi... Xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. Biz bu gün iftixar hissi ilə deyə bilərik ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti yaşamış, fəaliyyət göstərmiş və iki il müddətində çox böyük işlər görmüş, Azərbaycanın müstəqil gələcəyinin əsasını qoymuşdur".

Xüsusi qeyd olunmalıdır ki, 1918-ci ilin mart soyqırımı barədə əsl həqiqətlər yalnız Ulu Öndər Heydər Əliyev qətiyyəti sayəsində üzə çıxarılaraq öz siyasi-hüquqi qiymətini almışdır. Məhz 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilmişdir.

Əgər Ulu Öndər Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə gəlməsəydi, XX əsrin sonlarında qurulan Azərbaycan Respublikasının da ömrü uzun olmaya bilərdi. Lakin Heydər Əliyev Azərbaycan adlı bir gəmininbacarıqlı kapitanı kimi bütün fırtınalardan məharətlə qoruyaraq, onu iqtisadi və siyasi inkişaf yoluna gətirib çıxartdı. Məhz buna görə də müasir Azərbaycan respublikasının adı Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün biz əminliklə deyə bilərik ki, Ümummilli Liderimizin qurduğu dövləti onun layiqli davamçısı, ölkə başçısı Cənab İlham Əliyev də qoruyub saxlayır və saxlayacaq. “ 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq! ” deyən Ali Baş Komandan Cənab İlham Əliyevin fikirlərindən belə nəticəyə gəlmək olar ki, dünyanın rəngarəng siyasi xəritəsində Azərbaycan hər zaman xüsusi yerə sahib olacaq.


Aydın Şixəliyev
YAP Saatlı rayon təşkilatının məsul işçisi
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024