Mobil versiya
Oktay Abdullayev: “Ölkəmizdəki ümumxalq birliyi Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun bir nəticəsidir”
Tarix: 18-05-2021 | Saat: 15:40
Bölmə:Manşet / Seçki 2024 | çapa göndər

Oktay Abdullayev: “Ölkəmizdəki ümumxalq birliyi Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun bir nəticəsidir”

“Ənənəvi “Xarıbülbül” festivalı artıq özü-özlüyündə Azərbaycan xalqının qədim mədəniyyətə, zəngin tarixə və milli-mənəvi irsə sahib olması faktını özündə ehtiva edən bir ictimai-mədəni hadisədir. Füestivalın Vətən müharibəsində əldə olunmuş möhtəşəm Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra ilk dəfə Şuşada, Cıdır düzündə keçirilməsi isə bu tarixi hadisənin əhəmiyyətini daha da artırmış oldu.” Bu sözləri saytımıza verdiyi açıqlamada Xızı rayon Təhsil şöbəsinin müdiri, Azərbaycan Respublikasının “Əməkdar müəllimi”, YAP Xızı rayon təşkilatı İdarə Heyətinin üzvü Oktay Abdullayev deyib.

Həmçinin hakim partiyanın təmsilçisi bildirib ki, festivalın şəhidlərimizin əziz xatirəsinə həsr olunması ilə yaşadığımız bu fərəhli günlərə görə məhz kimlərə borclu olduğumuz bir daha vurğulanıb: “Ölkə Prezidenti cənab İlham Əliyevin “Xarıbülbül” festivalının açılışında etdiyi çıxışında dediyi kimi, Biz bu günü 30 il səbirsizliklə gözlədik, 30 il Vətən həsrəti ilə yaşadıq. 30 il bzi hər vasitə ilə ədalətsizliklə barışmağa sövq etdilər, barışdırmağa çalışdılar. Lakin biz barışmadsıq. Hər dəfə, bütün çıxışlarında möhtərəm dövlət başçımız deyirdi ki, Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq və istənilən yolla, lazım gələrsə hətta müharibə yolu ilə də olsa öz torpaqlarını geri alacaq. Belə də oldu. 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan tam Qələbə qazandı, işğalçıları öz qədim torpaqlarından qovdu. Bu gün işğaldan azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Əlbəttə, bu 44 günün hər birində biz şəhidlər verirdik, qan tökürdük, lakin irəliyə gedirdik. 300-dən çox şəhər və kənd döyüş meydanında işğalçılardan azad edildi və nəhayət Şuşanın azad edilməsindən sonra faktiki olaraq ordusu və dövləti çökmüş Ermənistan kapitulyasiya aktına imza atma\a məcbur oldu. Bundan sonra Azərbaycan bir güllə belə atmadan Laçın, Kəlbəcər və Ağdam rayonlarını geri qaytardı. Məhz buna görə də Şuşanın azad edilməsi günü – 8 noyabr günü Azərbaycanda rəsmi olaraq Zəfər bayramı günü elan edildi. Biz bu günə görə, bu tarixi Qələbəyə görə bizim qəhrəman hərbçilərimizə borcluyuq və Azərbaycan xalqı bunu heç zaman unutmayacaq.”

Oktay Abdullayev bildirib ki, “Xarıbülbül” festivalı Prezident İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasətin daha bir təntənəsidir: “Xüsusi olaraq qeyd olunmalıdır ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilk növbədə may ayının 10-da anadam olmasının 98-ci ildönümünü böyük ehtiramla qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin müəyən etdiyi və son 18 il ərzində Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun bir nəticəsidir. Belə ki, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmizi təmin edən əsas amillərdən biri bu gün ölkəmizdə mövcud olan ümumxalq birliyi və həmrəyliyidir. Əlbəttə ki, bu mühit Azərbaycanda məhz Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasətin bir nəticəsi kimi formalaşmışdır. Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycan bu gün tolerantlıq və multikulturalizmin ən təkmil formada təzahür etdiyi ölkələrdən birinə çevrilmişdir. İşğaldan azad edildikdən sonra Şuşada keçirilmiş “Xarıbülbül” festivalı da bunun ən bariz nümayişi oldu. Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə etmiş oldu və festivalın gedişində dövlət başçısının tövsiyyəsinə uyğun olaraq ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış etdilər. Həqiqətən də Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayırlar və bu Vətən uğrunda çiyin-çiyinə vuruşmağı da gözəl bacarırlar.

Möhtərəm dövlət başçımız da məhz bu ümumxülq birliyini bütün dünyaya təqdim edərək qədim Azərbaycan şəhəri olan Şuşadan öz növbəti mesajını verdi: “Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Biz dünyanın müxtəlif yerlərində baş verən hadisələri izləyirik, görürük və deyə bilərəm ki, bir neçə il bundan əvvəl bu gün mövcud olan vəziyyəti görürdük. Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, o cümlədən ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizmi təbliğ edirdik, müxtəlif xalqların birgəyaşayışını təbliğ edirdik və deyirdik ki, bu, mümkündür. Azərbaycanın timsalında deyirdik ki, bu, mümkündür və göstərirdik, öz təcrübəmizi bölüşürdük, öz fikirlərimizi bölüşürdük və hesab edirəm ki, bizim bu səylərimiz nəticə verdi. Çünki bu gün dünyada bu məsələ ilə bağlı daha dəqiq təsəvvür vardır.” Azərbaycan Prezidenti bu mesajla özlərini demokratik dəyərlərin daşıyıcısı kimi təqdim etməyə çalışan, əslində isə ikili standartlardan hələ də əl çəkə bilməyən bütün dövlətlərə kimin kim olduğunu bir daha göstərdi.”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024