Mobil versiya
FHN sabahkı hava ilə bağlı əhaliyə xəbərdarlıq etdi
Tarix: 04-05-2021 | Saat: 15:06
Bölmə:Seçki 2024 | çapa göndər

FHN sabahkı hava ilə bağlı əhaliyə xəbərdarlıq etdi

Fövqəladə Hallar Nazirliyi sabah ölkə ərazisində gözlənilən qeyri-sabiq hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib.

FHN-nin İctimaiyyətlə əlaqə idarəsinin baş məsləhətçisi Turqay Abbaslı Trend-ə açıqlamasında bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 5-də səhərdən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi gözlənilir.

Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edir.

Bununla yanaşı, əgər güclü külək sizi küçədə haqlayıbsa, yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bu zaman diqqətli hərəkət edərək yaxınlıqdakı binanın zirzəmisində və ya möhkəm tikilidə daldalanmağa çalışmaq lazımdır.

Həmçinin, güclü külək zamanı xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsinin mürəkkəbliyi nəzərə alınaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi tövsiyə olunur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024