Millət vəkilləri mədəniyyət və turizm nazirinin müavinini günahlandırdılar
Tarix: 20-04-2016 | Saat: 23:48
Bölmə:Gündəm | çapa göndər
“Nazir Əbülfəs Qarayevə böyük hörmətim var, amma onun müavininin, demək olar ki, turizmdən xəbəri belə yoxdur"
Bunu parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında "Turizm haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı sözügedən komitənin üzvü, millət vəkili Rauf Əliyev deyib. R.Əliyev çıxışında mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun ünvanına iradını səsləndirib.
Millət vəkili eyni zamanda sözügedən qanun layihəsinin qəbulunun vacibliyini qeyd edib.
Nazir müavini ilə bağlı bağlı növbəti iradı isə millət vəkili Araz Əlizadə səsləndirib: "Biz keçən dəfə otellərlə bağlı öz fikirlərimizi, iradlarımızı səsləndirəndə, o, dedi ki, özləri necə istəyirlər ulduz yapışdırırlar. Axı, ay qardaş, otellərə ulduzları siz verirsiniz, siz kimdən şikayətlənirsiniz?”
Millət vəkili eyni zamanda, qanun layihəsini kitaba bənzədib: "Qanun praktik fəaliyyət üçündür, ancaq turizmlə bağlı qanun layihəsi başdan-ayağa nəzəriyyədir, kitabdır, oradan-buradan toplayıblar və parlamentə göndəriblər ki, siz işləyin. Belə qanun olmaz".
AIA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024