Mobil versiya
Karateçilərimiz Lissabonda döyüşəcəklər
Tarix: 29-04-2021 | Saat: 12:40
Bölmə:İdman | çapa göndər

Karateçilərimiz Lissabonda döyüşəcəklər

Azərbaycan karateçiləri 30 aprel - 2 may tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda Tokio Olimpiadasına reytinq xalları verən Karate1 Premyer liqa turnirində mübarizə aparacaqlar.

Bu barədə Azərbaycan Milli Karate Federasiyasından məlumat verilib.

Mötəbər yarışda Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun başçılıq etdiyi 15 idmançıdan ibarət heyət iştirak edir. Milli komandanı kumite üzrə kişilərin baş məşqçisi Qurban Tağıyev, böyük məşqçi Şahin Xudaverdiyev, eləcə də qadınların baş məşqçisi Denis Morozov və kata üzə baş məşqçi Vahid Ayvazov müşayiət edir.

Karateçilərdən Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov və Tural Ağalarzadə (-67 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (-84 kq), Asiman Qurbanlı (+84 kq), həmçinin Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) tatamiyə çıxacaq. Kata çıxışlarında Roman Heydərov (fərdi) və Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyət (komanda) iştirak edəcək.

Lissabonda Premyer liqanı idarə edən hakimlər arasında beynəlxalq hakim Cahangir Babayev və Vüqar Kərimov da yer alacaq. Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışında 87 ölkədən 740 karateçi yarışacaq.

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024