Mobil versiya
Korpus komandiri niyə general rütbəsi aldı?- İLGİNC FAKT
Tarix: 20-04-2016 | Saat: 23:21
Bölmə:Manşet | çapa göndər

Korpus komandiri niyə general rütbəsi aldı?- İLGİNC FAKT





Mais Bərxudarov tankın üzərində əyləşərək, döyüşlərdə şəxsən iştirak edib

Məlum olduğu kimi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dünən aprelin 1-5-i Qarabağda döyüşən əsgər və zabitlərimizi müxtəlif orden, medal və adlarla təltif edib. AIA.AZ xəbər verir ki, Müdafiə Nazirliyi hələlik siyahını açıqlamayıb.

Lakin sosial şəbəkələr və döyüşdə iştirak edənlərin yaxınları artıq bu barədə məlumatlar verməyə başlayıblar. Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülənlərdən biri, mayor Sabit İmanovdur. Artıq şəhid mayorun qardaşı məlumatı təsdiqləyib.

AIA.AZ xəbər verir ki, döyüşdə göstərdiyi şücaətə görə daha bir zaitimiz ən ali rütbəyə layiq görülüb. Belə ki, həmin şəxs Lələtəpə yüksəkliyinin ələ keçirilməsində şücaət göstərmiş və buna görə Prezident İlham Əliyev tərəfindən general-mayor rütbəsilə mükafatlandırılmış zabitimiz Mais Bərxudarovdur.

AIA.AZ xəbər verir ki, tanınmış hərbi ekspert Üzeyir Cəfərov bununla bağlı sosial şəbəkələrdə yazıb ki, Bərxudarov bu rütbəni haqq edib. «Əziz dostlar! Dünən ölkə başçısının mükafatlandırdığı cəsur və qorxmaz zabitlərimizdən birini Sizə təqdim edirəm. Füzuli rayonu istiqamətində - Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazimizi mənfur və xain düşməndən azadetmə əməliyyatında şəxsən iştrak etmiş, erməni silahlı qüvvələrinin çoxsaylı qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv edib sıradan çıxaran Mais Bərxudarov! Silahlı Qüvvələrin Ali Baş Komandanı dünən bu gənc və bacarıqlı zabitimizə general-mayor hərbi rütbəsini şəxsən təqdim etdi. Təbrik edirəm dəyərli Mais Bəyi və onun əsgər və zabitlərini. Onu da qeyd edim ki, birləşmə komandiri olmasına baxmayaraq, bu general şəxsən döyüş texnikasının arxasına keçərək mənfur düşmənə qan uddurub. Eşq olsun belə zabit və əsgərlərimizə!! Vətən öz qəhrəman övladlarını tanımalıdır. Allah Azərbaycan əsgərlərini və zabitlərini qorusun!”

Bu əsnada, AIA.AZ Mais Bərxudarovla bağlı olduqca ilginc məlumat əldə edib. Məlumata görə, korpus komandiri olan general döyüşlər başlayan kimi, özü də əsgərlərə qoşularaq, birbaşa döyüşlərdə iştirak edib. Hadisə şahidlərinin verdiyi məlumata görə, Mais Bərxudarova şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə çağırıb. Mənbə bildirir ki, generalın tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşməyə başlayıb

AIA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024