Türk restoranına hücum edən erməniləri 15 ilədək həbs gözləyir
Tarix: 28-04-2021 | Saat: 10:25
Bölmə:Karusel / Gündəm | çapa göndər
![Türk restoranına hücum edən erməniləri 15 ilədək həbs gözləyir](https://azvision.az/photos/2021/04/turk1-1619589765.jpg)
Erməni mənşəli iki amerikalıya Los Ancelesdə türk restoranına hücuma görə açılmış cinayət işi məhkəməyə göndərilib.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, erməni mənşəli iki ABŞ vətəndaşı 4 noyabr 2020-ci il tarixində restorana hücum edib.
Həbsdə olan 23 yaşlı Villiam Stepanyan və 27 aprelin səhəri yaxalanan 23 yaşlı Arutyun Harri Çalikyana qarşı 6 ittiham irəli sürülüb.
İttiham aktına görə, Stepanyan 4 noyabrda telefonundan göndərdiyi mesajda "Türkləri ovlamağı" planlaşdırdığını bildirib və həmin gün Çalikyan ilə görüşüb. Restorana basqın edən təqsirləndirilənlərdən biri "Sizi öldürməyə gəldik, sizi öldürəcəyik", deyib.
Hadisə nəticəsində bir neçə nəfər yaralanıb, restorana 20 min dollar ziyan dəyib. Bundan sonra restoran müvəqqəti bağlanıb və bu da sahibinə əlavə minlərlə dollar ziyan gətirib.
Cinayətdə şübhəli bilinənləri 15 ilədək həbs cəzası gözləyir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-02-2025
07-02-2025