Mobil versiya
Qarabağ bölgəsi və ətraf rayonların su ehtiyatlarının həcmi açıqlanıb
Tarix: 28-04-2021 | Saat: 09:50
Bölmə:Gündəm | çapa göndər

Qarabağ bölgəsi və ətraf rayonların su ehtiyatlarının həcmi açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qarabağ bölgəsi və ətraf rayonların su ehtiyatlarının həcmini açıqlayıb.

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, bu ərazilərdə 14 çay, doqquz su anbarı mövcuddur:

"Araz, Bərgüşad, Tərtər, Həkəri, Oxçu, Lev, Zabux, Tutqun, Turağay, Bəsit, Qarqar, Quru, Xaçın və Köndələn çayları Qarabağ ərazisindədir. Bu çayların üzərində Xudafərin, Sərsəng, Qız Qalası, Xaçınçay, Aşağı Köndələnçay, Suqovuşan, Köndələnçay-1, Köndələnçay-2 və Ağdamkənd su anbarları yerləşir. Bu anbarlardan ən böyüyü Xudafərin su anbarıdır (1 milyard 612 milyon kubmetr). Çaylardan ən böyüyü isə Araz çayıdır. Onun uzunluğu ( 1072) kilometrdir".

Nazir müavini deyib ki, bu su anbarlarının və çayların olması Qarabağ bölgəsində suvarma, içməli su və enerji təminatında çox mühüm əhəmiyyət daşıyır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-06-2025