Mobil versiya
YAP Qazax rayon təşkilatında Ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə onlayn qaydada iclas keçirilmişdir - FOTOLAR
Tarix: 27-04-2021 | Saat: 17:02
Bölmə:Seçki 2024 | çapa göndər

YAP Qazax rayon təşkilatında Ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə onlayn qaydada iclas keçirilmişdir

27 aprel 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə onlayn qaydada iclas keçirilmişdir. İclası giriş sözü ilə YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov açaraq bildirmişdir ki, qarşıdan Ulu Öndər H.Əliyevin anadan olmasının 98-ci ildönümü gəlir. Hər il olduğu kimi, bu il də YAP Qazax rayon təşkilatı tədbirlər planı hazırlamışdır. Tədbirlər planında Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə əlaqədar məktəblilər arasında inşa yazı müsabiqəsi və elmi – praktik konfrans keçirilməsi nəzərdə tutulmuşdur. İnşa yazı müsabiqəsinin qalibləri YAP Qazax rayon təşkilatı tərəfindən mükafatlandırılacaqdır.

Sonra H.Pənahov təşkilati məsələlər və partiya işləri ilə bağlı ərazi ilk partiya təşkilat sədrlərinə tapşırıq və tövsiyələrini verdi. Qeyd etdi ki, bütün sahələrdə olduğu kimi Yeni Azərbaycan Partiyasında da islahatlar aparılır. Biz də əməli fəaliyyətimizlə ölkə Prezidenti, partiyamızın sədri cənab İlham Əliyevin apardığı genişmiqyaslı işlərə öz töhvəmizi verməliyik.

Yığıncaqda Q.Hacımahmudova adına orta məktəb ərazi ilk partiya təşkilatının sədri Yeganə Göyüşlü, BDU Qazax filialı ərazi ilk partiya təşkilatının sədri Hamlet İlyasov, partiya fəalı Şəhadət Abbasov müxtəlif fikir və təkliflərlə çıxış etdilər.

aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024