Mobil versiya
Şəhidimiz Balakişiyev Zamin Dadaş oğlunun doğum günüdür - FOTOLAR
Tarix: 27-04-2021 | Saat: 15:44
Bölmə:Seçki 2024 | çapa göndər

Şəhidimiz Balakişiyev Zamin Dadaş oğlunun doğum günüdür

Bu gün Sabirabadın Qaralar kəndindən olan Şəhidimiz Balakişiyev Zamin Dadaş oğlunun doğum günüdür.

Qarabağı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən igid Vətən oğullarından biri də şəhid Balakişiyev Zamin Dadaş oğludur.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, “Vətən uğrunda" medalı ilə təltif edilmiş qəhrəmanımız yaşasaydı, 20 yaşı tamam olacaqdı.
Şəhidlərimizə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə qayğı dövlətin daim diqqətindədir. Dövlət başçısının tapşırığına əsasən, rayon rəhbərləri şəhidlərimizin doğum və anım günlərində onları diqqətdən kənarda qoymur, məzarlarını və ailələrini ziyarət edirlər.

YAP Sabirabad rayon təşkilatı şəhid Balakişiyev Zamin Dadaş oğlunun doğum günündə ictimaiyyət nümayəndələri ilə birlikdə onun məzarını ziyarət etmiş və tər çiçəklər düzmüşlər. Ruhuna dua oxunduqdan sonra ziyarətçilər şəhidimizin xatirəsinə ehtiramlarını bildirmişlər.
Cənnətdəki ilk doğum günün mübarək Şəhidim.

Allah şəhidlərimizə rəhmət eləsin!

aia.az









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024