Mobil versiya
Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov 1/4 finala çıxdılar
Tarix: 27-04-2021 | Saat: 11:13
Bölmə:İdman | çapa göndər

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov 1/4 finala çıxdılar

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn şahmat seriyasının "New In Chess Classic" turnirində qrup mərhələsinin oyunları başa çatıb.

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov qrup oyunlarında ən yaxşı nəticə göstərən 8 şahmatçı arasında yer alaraq dörddəbir finala vəsiqə qazanıblar. Belə ki, Şəhriyar Məmmədyarov son 5 turda 3 qələbə, 2 heç-heçə ilə ümumi xalların sayını 9,5-ə çatdıraraq 3-cü pillədə qərarlaşıb.

Teymur Rəcəbov isə son 5 partiyanı heç-heçə ilə başa çatdırıb, nəticədə 8,5 xalla səkkizinci sırada yer alıb.

Şahmatçılarımızla yanaşı, Maqnus Karlsen, amerikalı şahmatçı Hikaru Nakamura, Uesli So, FIDE-ni təmsil edən Alireza Firuzca, Vyetnam təmsilçisi Le Quanq Lyem, ermənistanlı Levon Aronyan da növbəti mərhələyə keçiblər.

Qeyd edək ki, turnir mayın 2-dək davam edəcək.

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024