Melorasiya məmuru başçı müavininə qəzəblənib bir kəndi susuz qoydu
Tarix: 14-07-2015 | Saat: 14:39
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər
Saatlının Azadkənd kəndinin sahələrini susuzluqdan yanır
Saatlının Azadkənd kəndindəki əkin sahələri susuzluqdan yanır.
Bu haqda “Yeni Müsavat”a kənd sakini Səbuhi Abbasov məlumat verib. S.Abbasov deyir ki, əkin sahəsini suvarmaq üçün su tapmırlar. Kəndi 2 yerə ayıran böyük su kanalı dolu olsa da, Saatlı Melorasiya İdarəsinin kənd üzrə nümayəndəsi Nazim Cəfərovun istəyi olmadan kimsə əkin sahəsini suvara bilmir:“Nazim Cəfərov pambıq zavodu ilə işləyir. Kim pambıq əkərkən onunla müqavilə bağlayıbsa, onun əkin sahəsinin olduğu kanala su buraxır, qeyrilərinin isə əkin sahələri sussuzluqdan quruyur”.
S.Abasov deyir ki, Nazim Cəfərov əslində kənd adamlarına acıq verir. “Çünki ötən il kənd camaatı icra başçısının müavini İlham Quliyevdən xahiş etdilər, o, da kəndin su kanalını qazdırdı. Bu isə Nazim Cəfərovun xoşuna gəlmədi və acığa düşüb camaatı susuz qoyur. Deyir ki, gedin kanalınızı qazdıran İlham Quliyevdən su istəyin”.
S.Abasov bu haqsızlıqla bağlı Saatlı rayon icra başçısının birinci müavini İlham Quliyevə şikayət edib:
“İlham Quliyevə şikayət edəndən sonra Saatlı rayonunun icra hakimiyyətinin Azadkənd kənd ərazi nümayəndəsi Anaxanım Səmədova mənə zəng edib qadına yaraşmayan ifadələr işlətdi, məni küçə söyüşləri ilə təhqir etdi. Sonra da dedi ki, bir də eşitməyim kənddən kiməsə şikayət etməyini, yoxsa, ağzını birdəfəlik yumaram”.
Şikayətçi deyir ki, A.Səmədova kənddəyaşamır. Daimi olaraq Şirvan şəhərində yaşayır. Həftənin ikinci-beşinci günləri isə rayona gəlir:“Deməli, hər həftənin ikinci-beşinci günləri icra başçısının ictimayyətlə görüş günüdür. Həmin günlər Anaxanım Səmədova rayona gəlir və icra hakimiyyətinin qarşısında dayanır, icra başçısı ilə görüşmək istəyənlərin qabağını kəsib kimin niyə gəldiyi ilə maraqlanır. O, icra başçısının göstərişinə də məhəl qoymur”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024