Mobil versiya
Azərbaycan və Türkiyə prezidentlərinin telefon danışığı Misir portalında yayımlanıb
Tarix: 25-04-2021 | Saat: 14:26
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan və Türkiyə prezidentlərinin telefon danışığı Misir portalında yayımlanıb

Misirin “Aldiplomasy” informasiya portalında Azərbaycan və Türkiyənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığında ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar bəyanatının qınandığı barədə xəbər yayılıb.

AZƏRTAC-a istinadla yayılan xəbərdə bildirilir ki, Prezident İlham Əliyev sözügedən bəyanatı tarixi səhv adlandırıb və onun qəbuledilməz olduğunu vurğulayıb. Azərbaycanın dövlət başçısı açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərbə olduğunu söyləyib. Prezident İlham Əliyev Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib.



Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-02-2025