Mobil versiya
Sabah Azərbaycanda 28 dərəcəyədək isti olacaq
Tarix: 25-04-2021 | Saat: 12:30
Bölmə:Seçki 2024 | çapa göndər

Sabah Azərbaycanda 28 dərəcəyədək isti olacaq

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13 dərəcə, gündüz 19-23 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə, gündüz 21-23 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Aprelin 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16 dərəcə isti, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq.

Aprelin 26-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024