Mobil versiya
Hadı Rəcəbli Hüseynbala Mirələmovun biabırçı videosundan danışdı: “Montajdı, kişi oruc tutur”
Tarix: 22-04-2021 | Saat: 11:05
Bölmə:Gündəm | çapa göndər

Hadı Rəcəbli Hüseynbala Mirələmovun biabırçı videosundan danışdı:

Ötən gün sosial şəbəkələrdə hakim Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun xanım köməkçisinə qarşı qeyri-etik videogörüntüsü yayılıb.

aia.az Modern.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Hüseynbala Mirələmovun ən yaxın dostu, keçmiş deputat Hadı Rəcəbli ilə əlaqə yaradıb:

“Hüseynbala Mirələmovla dostluğumuzun dərin tarixi var. Hazırda Hüseynbala müəllim oruc tutur. Belə bir videonun yayılması ancaq montaj ola bilər”.

Hadı Rəcəbli bir neçə il bundan öncə özü ilə bağlı da belə bir halın baş verdiyini xatırladıb:

“Bir neçə il bundan qabaq bir xanımla rəqs etmişdim. Həmin rəqsin videosunu yayıb məni də təhqir etmişdilər. İndi də Hüseynbala müəllimlə bağlı video sosial şəbəkələrdə yayılıb”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-02-2025