Mobil versiya
YAP Saatlı rayon təşkilatının rəhbərliyi və fəalları şəhidin məzarını ziyarət ediblər - FOTOLAR
Tarix: 21-04-2021 | Saat: 15:46
Bölmə:Seçki 2024 | çapa göndər

YAP Saatlı rayon təşkilatının rəhbərliyi və fəalları şəhidin məzarını ziyarət ediblər

YAP Saatlı rayon təşkilatının rəhbərliyi və fəalları Vətən Müharibəsinin ilk günündən ağır döyüşlərdə iştirak edərək şəhidlik zirvəsinə yüksələn rayonun Orta Muğan kəndindən olan XTQ-də xidmət etmiş Sarıyev Xəzri Elnur oğlunun ailə üzvləri ilə görüşüb, məzarını ziyarət ediblər.

Görüş zamanı qeyd edilib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 30 illik həsrətinə son qoyuldu. Rəşadətli Azərbaycan Ordusu tarixi Qələbə qazandı. Yalnız işğal altında olan torpaqlarımızı azad etmədi, həmçinin regionu, dünyanı teror və faşizm təhlükəsindən xilas etdi. Şanlı qələbənin qazanılmasında Şəhidlərimizin və onların cəbhə yoldaşlarının böyük xidmətləri xalqımız tərəfindən daim yüksək qiymətləndiriləcəkdir. Məhz onların qəhrəmanlığı nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu. Şəhid ailələrinin və qazilərin qayğıları bundan sonra da daim diqqət mərkəzində saxlanlacaq, dövlətimizin sosial siyasətinin prioritet istiqaməti olaraq qalmaqda davam edəcəkdir. Şəhidin ailəsi dövlətin qayğısı ilə əhatə olunduqlarını onlara bildirib və göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər. Allah Vətən torpaqlarının azadlığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin.

aia.az









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024