Mobil versiya
Taekvondoçumuz AÇ-də bürünc medal qazandı
Tarix: 09-04-2021 | Saat: 14:18
Bölmə:İdman | çapa göndər

Taekvondoçumuz AÇ-də bürünc medal qazandı

Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə böyüklər arasında Avropa çempionatına start verilib.

Yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Bu gün dörd taekvondoçumuz dayanq üzərinə çıxıb. Qadınlar arasında 46 kq çəki dərəcəsində mübarizəyə qatılan Minayə Əkbərova Almaniyanı təmsil edən Özlem Gürüzü (17:8) və bolqarıstanlı Qabriela Katsarovanı (qızıl xal) yarışdan kənarlaşdıraraq yarımfinala adlayıb. Minayə bu mərhələdə rusiyalı rəqibi Larisa Medvedevaya uduzaraq bürünc medalla kifayətlənib.

Digər qadın taekvondoçumuz Patimat Abakarova (49 kq) ilk rəqibi italiyalı Martina Qorellini (12:6) məğlub edib. Lakin o, növbəti döyüşündə rumıniyalı Liana Musteataya məğlub olub.

Pərviz İsgəndərov (58 kq) ilk qarşılaşmadan məğlub ayrılaraq yarışı erkən tərk edib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024