AZ RU Mobil versiya
GƏNCƏDƏ ÖZBAŞINALIQ
Tarix: 07-04-2021 | Saat: 09:38
Bölmə:Cəmiyyət | çapa göndər

GƏNCƏDƏ ÖZBAŞINALIQ

Məlumdur ki, koronovirus infeksiyasının yayılması ilə əlaqədar olaraq karantin elan olunduğuna görə respublikamızda toy və yas tədbirlərinin keçirilməsinə qadağa qoyulub. Ölkə başçısı cənab İlham Əliyevin göstərişlərinə və Operativ Qərərgahın qərarlarına Gəncə şəhərində bir mənalı olaraq riayət edilmir.

Belə ki,Gəncədə yerləşən “Şah sarayı”,”İmperial”,”Kəşfiyyat”,”Alov” restoranlarında hər gün 250-300 nəfərin iştirak etdiyi toy mərasimləri keçirilir. Gəlin maşınlarının həyətdə durmasına icazə verilmir, kənar yerdə saxlanılır.

Bu saraylarda, eləcə də “Park-House” adlanan kafedə hər gün toy, ad günü və nişan mərasimləri keçirilir,şadlıq saraylarının rəhbərləri şəhərin hüquq-mühafizə orqanlarını görüm-baxım etdikdən sonra toy sahiblərinə icazə verilir.

Amma maraqlı odur ki,7-8 nəfərə dərs keçən repetitor müəllimlərin evlərinə qəfil polis basqınları təşkil olunur, onlar 1000-2000 manatadək cərimə olunur. Cərimə üçün gəlmiş polis nəfərləri bu işin onlarlıq olmadığını bildirir və onlara şəhər polis idarəsi tərəfindən plan qoyulduğunu iddia edirlər.

Heç bir gigiyenik və karantin tədbirlərinə əməl edilməyən şadlıq evlərində keçirilən toy mərasimlərinə mane olmayan polislər 7 və ya 8 nəfərə maska ilə dərs keçən müəllimləri cərimələyir,heç bir sanksiya olmadan onları polis şöbələrinə aparırlar.

39 saylı orta məktəbin riyaziyyat müəllimi Sənani müəllim şagirdlər qarşısında təhqir olunaraq,polis şöbəsinə aparılmış və 3000 manat cərimə olunmuşdur. Bundan başqa riyaziyyat müəllimləri Vüsal Əhmədov,Şöhrət Cəfərov,Vasif Əliyev,Azərbaycan dili müəllimləri Aygün Vəliyeva və Elnarə müəllimə,ingilis dili müəllimləri Məftunə və Rəqsanə müəllim 1000-2000 manat həddində cərimə olunublar.Otra məktəblərdə onsuz da dərs keçilmir,keçilsə belə dərsin keyfiyyətyi yoxdur.Təhsil sistemi repetitor xidmətinin hesabınadır.Əgər repetitorlar olmasa ali məktəblərə tələbə qəbulu belə olmaz.Toy edənlərə göz yuman polis işçilərinin müəllim ovuna çıxmaqda görəsən məqsədləri nədir?

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

71 755 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2021
16-04-2021