Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının nümayəndələri Vətən Müharibəsi qazisini ziyarət ediblər - FOTOLAR
Tarix: 02-04-2021 | Saat: 13:23
Bölmə:Parlament | çapa göndər
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının nümayəndələri Vətən Müharibəsi qazisi olan Mehdiyev Həsən Rəcəb oğlunu Məmmədabad kəndində, evində ziyarət ediblər və valdeyinləri ilə görüşüblər. Görüşdə qazimizin Vətən Müharibəsinin ilk günündən ön cəbhədə savaşdığı, döyüş meydanında böyük şücayət və cəsarət nümunələri göstərdiyi xüsusi qeyd olunub. Ziyarət zamanı qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsarəti, mətanəti və milli ruhu xalqımıza Şanlı Qarabağ Zəfərini bəxş etdiyi barədə ətraflı söhbət aparılıb. Azərbaycanın igid əsgər və zabitləri Vətən Müharibəsində elə bir Şanlı tarix yazıblar ki, bu qəhrəmanlıq dastanı əbədi yaşayacaqdır. Şəhidlərimizin, qazilərimizin keçdiyi döyüş yolu nəsillər tərəfindən daima öyrəniləcək və yad olunacaqdır. Görüşdə qeyd olunub ki, Prezidentin Fərmanı ilə yaradılan “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu”nun (“YAŞAT” Fondu) fəaliyyətə başlaması dövlətimizin şəhid ailələrinə, qazilərə diqqət və qayğısının bariz nümunəsidir. Qazimiz və ailəsi ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə öz təşəkkürlərini bildirdilər, minnətdarlıq ifadə etdilər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər