Mobil versiya
Səlim Müslümov yolunun yolçuları?
Tarix: 01-04-2021 | Saat: 10:29
Bölmə:Seçki 2024 | çapa göndər

Səlim Müslümov yolunun yolçuları?


Bəli, yazıya bu başlığı təsadüfi seçmədik. Mühüm dövlət postu tutarkən həbs olunan, sonradan müəmmalı şəkildə Əhalinin Sosial Müdafiəsi naziri postuna irəli çəkilən S.Müslümov özünün idarəetmə bacarığı ilə respublikamızda öndə, həm də bərkgedənlər sırasında inamla addımlayırdı. Dövlətin milyonlarının hara və necə «yoxa» çıxması çoxları üçün müəmma olaraq qalırdı. Xüsusən də əlillik dərəcəsi verilməsi ilə məşğul olan tibb komissiyalarının at oynatmasına qırmızı işıq yandıran tapılmırdı. Bir müddət sonra S.Müslümov vəzifədən uzaqlaşdırıldı. İndi isə barmaqlıq arxasına salınıb. Haqq-hesab zamanı yetişib. Onun yerinə təyin olunan nazirin gəlişi bəs görəsən nəisə dəyişə bildimi? Əsla, nazir dəyişilsə də, «Köhnə hamam, köhnə tas», süründürməçilik, özbaşınalıq halları davam etməkdədir. Qohumum, Lənkəran rayon Mamusta kənd sakini Sahibə Şirəli qızı Əkbərovanın başına gələnlər mənim bu qənaətə gəlməyimə səbəb olmuşdur. S.Əkbərova şəkərli və onkoloji xəstədir. İnfarkt keçirməklə yanaşı, həm də tetraparez xəstəsidir. Yataq xəstəsidir. Bir döşü əməliyyat olunaraq götürülüb. Əvvəllər ona II qrup müddətsiz əlil kimi təqaüd verilirdi. Onkoloji xəstəliyə tutularaq əməliyyat olunmasından sonra vəziyyəti olduqca pisləşib. Özünə çay belə süzə bilməyən S.Əkbərovaya qonşular kömək edir. Kimsəsizdir. Əvvəllər qardaşı oğlu ilə birlikdə yaşayırdı. Sonra isə Vətən müharibəsi ilə bağlı qardaşı oğlu cəbhəyə getdi. Yəni, əsgər ailəsi sayılır. Belə insanlara isə dövlət başçımız səviyyəsində yüksək diqqət və qayğı göstərildiyi kimsəyə sirr deyil. Belə ağır durumda olan bir şəxsə tibbi sənədlərində I qrup əlillik dərəcəsi verilməsi zərurəti ilə bağlı faktlar öz əksini tapdığı halda, nə qədər təəccüblü görünsə də, 5 illik müddətli təqaüd kəsilib.
«Yumurtlamadı, yumurtlamadı, falı da yedi?» məsəli burada adamın yadına düşür. Hansı əsasla belə bir Qərar verilib görəsən? Həkim komissiyasının bu «ərköyünlüyü»nün səbəbi nədir? Əsgər ailəsinə beləmi qayğı göstərilir? Dəfələrlə xəstəxanada yatmasına baxmayaraq, Bakı Həkim Komissiyası müsbət rəy verdiyi halda, bu günə kimi S.Əkbərova I qrup əlillik dərəcəsi ala bilmir.

Mirzəyeva Seyidə Şirəli qızı,
Lənkəran rayon Mamusta kənd sakini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024