Mobil versiya
Ötən gün axtarışda olan 35 nəfər saxlanılıb
Tarix: 01-04-2021 | Saat: 09:40
Bölmə:Seçki 2024 | çapa göndər

Ötən gün axtarışda olan 35 nəfər saxlanılıb


Daxili İşlər Nazirliyi (DİN) martın 31-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən aia.az-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 31 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Gün ərzində narkotiklə əlaqəli 21 fakt müəyyənləşdirilib, cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024