Mobil versiya
«Köhnə hamam, köhnə tas»
Tarix: 31-03-2021 | Saat: 11:57
Bölmə:Seçki 2024 | çapa göndər

«Köhnə hamam, köhnə tas»

Doğrusu, təəccüb və heyrət içində qalmışam. Yüksək instansiyalarda əhalinin sosial təminatı, əlillik dərəcəsinin verilməsi, əlilliyin müəyyənləşməsi, Əhalinin Sosial Təminatı Nazirliyində və onun strukturlarında əsaslı islahatların aparılması barədə televiziya və mətbuat sahəsində çoxsaylı yazılar dərc olunur. Əlilliyin təmin edilməsində şəffaflığın başlıca meyar olduğu barədə deyilənlər hər bir kəsdə müsbət fikir formalaşdırsa da, mövcud reallıq tamamilə fərqli bir mənzərənin olduğunu tam aydınlığı ilə diqtə etməkdədir. Maraqlıdır, əlillik dərəcəsi görəsən kimlərə verililir? Mənim şahidi olduğum hallardan əldə etdiyim qənaətə görə, əlillik dərəcəsi verilməsi ilə bağlı bizim Lənkəranda heç də hər şey qaydasında deyil. Mənim haqqında danışmaq istədiyim şəxs də bu mənada haqsızlıqla üzləşənlər sırasındadır. Lənkəran şəhəri, H.Əliyev küçəsi, ev 76/5-də yaşayan Axundov Vüqar Ənvər oğlunun 47 yaşı var. İki dəfə infarkt keçirib. Günü 400-500 şəkərlə keçir. İki ayaq barmağı amputasiya olunub və yeriyə bilmir. Di gəl ki, əlillik dərəcəsi almaq üçün tibb komissiasına çoxsaylı müraciətləri bugünədək nəticəsiz qalıb. Bəlkə mən səhv edirəm? İnsan daha hansı qüsurlara malik olmalıdır ki, ona əlillik dərəcəsi verilsin?! Belə baxıram ki, bundan ötrü qəbr evinə köçənə qədər belə insanların öz qanuni haqlarını əldə etmək imkanı mümkünsüz görünür. Bütün sadalanan xüsusiyyətlərinin daşıyıcısı olmasına baxmayaraq, o, ədalətsiz yanaşma ilə üzləşmişdir. Həkim komissiyasının üzvləri J.Bəylərova, Z.Axundov, T.Məmmədova və A.Kəlbiyev Vüqar Axundova əlillik dərəcəsi verilməməsini nə ilə izah edə bilərlər görəsən? Həkim komissiyası əlillik təqaüdü verilməsini hansı meyarlarla müəyyən edir? V.Axundov kimdən imdad diləyəcəyini bilmir. Lənkəran tibb komissiyasında «Köhnə hamam, köhnə tas» qaydalarının nə vaxtadək davam edəcəyinə aydınlıq gətirəcək səlahiyyət sahibi tapılacaqmı?


Səmədova Səidə Novruz qızı,




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024