Mobil versiya
Göygöldə Soyqırımı gününə həsr olunmuş videokonfrans keçirilib
Tarix: 31-03-2021 | Saat: 11:42
Bölmə:Seçki 2024 | çapa göndər

Göygöldə  Soyqırımı gününə həsr olunmuş videokonfrans keçirilib



Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videokonfrans keçirilib.

Tədbirin əvvəlində bütün şəhidlərimizin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev azərbaycanlılara qarşı aparılmış soyqırımı siyasətinin uzun tarixinə toxunaraq, bu barədə əsl həqiqətin ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırıldığını bildirib. Ulu öndərimizin 1998-ci il 26 mart tarixli fərmanından sonra soyqırımı öz hüquqi-siyasi qiymətini aldığını və həmin ildən 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunduğunu, soyqırımı qurbanlarının xatirəsini anma tədbirləri keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, xalqımıza qarşı dəfələrlə törədilmiş, uzun illər ərzində öz siyasi-hüquqi qiymətini almamış soyqırımı tariximizin qanlı səhifələrindəndir.

Tədbirdə İdarə Heyətinin üzvü Elbrus Atayev 1918-ci ildə erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdiyi qətliamdan, erməni daşnaklarının dinc əhaliyə verdiyi amansız işgəncələrdən danışıb.

Çıxış edənlər, həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində tarixi Qələbə qazandığını, torpaqlarımızın düşmən tapdağından azad edildiyini, soyqırımı qurbanları və şəhidlərimizin qisasının alındığını qeyd ediblər.

aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024