Mobil versiya
Avropa nəhənglərindən səfər qələbəsi
Tarix: 29-03-2021 | Saat: 11:37
Bölmə:İdman | çapa göndər

Avropa nəhənglərindən səfər qələbəsi


Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 2-ci tura yekun vurulub. AİA.Az matc.az-a istinadən bildirir ki, sonuncu oyun günündə B, C, D, F, I və J qrupları üzrə daha 15 qarşılaşma baş tutub.

B qrupunda lider İsveç yığması hələ matça çıxmayan Kosovonun qonağı olub və darmadağına sevinib. Daha bir qarşılaşma ilk turu məğlubiyyətlə başa vurmuş Gürcüstan və öz meydanında Yunanıstanla heç-heçə etmiş İspaniya milliləri arasında keçirilib. Hesabı gürcülərin açdığı oyunda ispanlar çətin və əzmkar qələbəyə seviniblər.

C qrupunun liderlərindən olan İsveçrə yığması hələ oyun keçirməyən Litvanı qəbul edibsə, İtaliya xalsız Bolqarıstanın qonağı olub. İtalyanlar inamlı qələbə qazandıqları halda, İsveçrə minimal hesabla üstün olub.

D qrupunda ilk turu heç-heçə ilə başa vurmuş Ukrayna və Finlandiya qarşılaşıb. Tərəflər bu oyundan da 1 xalla ayrılıblar. Qazaxıstan isə debütdə son dünya çempionu Fransanı qəbul edib. Fransızlar bu oyundan inamlı qələbə ilə ayrılıblar.

F qrupunda lider Danimarka Moldovanı, xalsız İsrail Şotlandiyanı sınağa çəkib. İsraildə heç-heçə qeydə alınıbsa, Danimarka yığması 8 cavabsız qolla üstün olub. Daha bir görüş ilk turu heç-heçə ilə başa vurmuş Avstriya və Farer adaları yığmaları arasında olub. Avstriya yığması rəqibini məğlub yola salıb.

I qrupunda ilk turu qələbə ilə başa vurmuş Albaniya və İngiltərə yığmaları qarşılaşıb. İngilislərin inamlı qələbəyə sevindiyi gündə Polşa Andorranı, Macarıstan da San Marinonu darmadağın edib.

Nəhayət, J qrupunda ilk turdan qalib ayrılmış Rumıniya və Almaniya yığmaları üz-üzə gəlib. Almanlar bu oyunda minimal hesabla üstün olublar.

DÇ-2022-nin seçmə mərhələsi
28 mart

B qrupu

Gürcüstan - İspaniya 1:2
Qol: Kvaratsxeliya, 44 - Torres, 56. Olmo, 90+2.

Kosovo - İsveç 0:3
Qol: Auqustinsson, 12. İsak, 35. Larsson, 70-pen.

İsveç - 6, İspaniya - 4, Yunanıstan - 1, Kosovo - 0, Gürcüstan - 0

C qrupu

Bolqarıstan - İtaliya 0:2
Qol: Belotti, 43-pen. Lokatelli, 83.

İsveçrə - Litva 1:0
Qol: Şakiri, 2.

İsveçrə - 6, İtaliya - 6, Litva - 0, Bolqarıstan - 0, Şimali İrlandiya - 0

D qrupu

Qazaxıstan - Fransa 0:2
Qol: Dembele, 19. Malıy, 44-öz qapısına.

Ukrayna - Finlandiya 1:1
Qol: Moraeş, 80 - Pukki, 89-pen.

Fransa - 4, Finlandiya - 2, Ukrayna - 2, Bosniya və Herseqovina - 1, Qazaxıstan - 0

F qrupu

Danimarka - Moldova 8:0
Qol: Dolberq, 19-pen; 48. Damsqaard, 22; 29. Larsen, 35. Yensen, 39. Skov, 81. İnqvartsen, 89.

İsrail - Şotlandiya 1:1
Qol: Perets, 44 - Freyzer, 56.

Avstriya - Farer adaları 3:1
Qol: Draqoviç, 30. Baumqartner, 37. Kaladziç, 44 - Nattestad, 19.

Danimarka - 6, Avstriya - 4, Şotlandiya - 2, Farer adaları - 1, Moldova - 1, İsrail - 1.

I qrupu

Albaniya - İngiltərə 0:2
Qol: Keyn, 39. Mount, 63.

Polşa - Andorra 3:0
Qol: Levandovski, 30; 55. Sviderski, 88.

San Marino - Macarıstan 0:3
Qol: A.Salai, 13-pen. R.Sallai, 71. Nikoliks, 88-pen.

İngiltərə - 6, Polşa - 4, Macarıstan - 4, Albaniya - 3, Andorra - 0, San Marino - 0

J qrupu

Rumıniya - Almaniya 0:1
Qol: Qnabri, 17.

Şimali Makedoniya - Lixtenşteyn 5:0
Qol: Bardi, 7. Traykovski, 51; 54. Elmas, 62. Nestorovski, 82-pen

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024