Mobil versiya
Bakı Gənclər Mərkəzi yeni Gənclik Meydanı adlı əyləncəli intellektual şou layihəsinə start verdi! - FOTOLAR
Tarix: 29-03-2021 | Saat: 10:18
Bölmə:Seçki 2024 | çapa göndər

Bakı Gənclər Mərkəzi yeni Gənclik Meydanı adlı əyləncəli intellektual şou layihəsinə start verdi!

Ənənəvi bayramımız - Novruz bayramına həsr olunmuş şou layihənin ilk buraxılışında Mərkəzin könüllü gənclərindən ibarət "Novruz möcüzəsi" və "Araxçın" komandaları bir-birləri ilə yarışdılar.

Maraqlı və həyəcanlı keçən oyunun sonunda 881 balla "Novruz möcüzəsi" komandası qalib gəldi. Qalib komanda kubokla təltif olundu.
Daha sonra iştirakçılar yallı rəqsi ilə şouya yekun vurdular. Şou karantin rejimi qaydalarına uyğun şəkildə keçirilmişdir.

"Gənclik Meydanı" şousunu ətraflı izləmək üçün youtube kanalımıza keçid edə bilərsiniz:












Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024