Mobil versiya
Rövşən Xələfov : “Dövlət başçısının “Biz birlikdə güclüyük!” çağırışı əsl ümumxalq ideologiyasına çevrildi”
Tarix: 15-03-2021 | Saat: 10:30
Bölmə:Parlament | çapa göndər

Rövşən Xələfov : “Dövlət başçısının “Biz birlikdə güclüyük!” çağırışı əsl ümumxalq ideologiyasına çevrildi”

“Artıq necə müddətdir ki, təkcə Azərbaycan cəmiyyəti deyil, eləcə də beynəlxalq ictimaiyyət son dövrlərdə ölkəmizdə həyata keçirilən həm iqtisadi, həm də siyasi islahatları maraqla izləyir. Bu gün biz hamılıqla artıq bu islahatların nəticələrini aydın şəkildə görürük. Təbii ki, Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən bu islahatların yaratdığı zəmin əsasında əldə etdiyimiz ən böyük uğurumuz Vətən müharibəsində qazanılan tarixi Qələbəmiz oldu. Bu qələbənin məntiqi nəticəsi olaraq Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bizim qarşımızda daha böyük inkişaf perspektivləri açıldı. Yeni Azərbaycan Partiyasının Sədri, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən partiyanın VII qurultayında təqdim olunmuş əsas prioritetlərdən biri də məhz bu perspektivləri maksimal səviyyədə realizə edə bilmək üçün ölkədə aparılan siyasi islahatların daha da dərinləşdirilməsinin zəruriliyini nəzərdə tutur.” Bu sözləri saytımıza verdiyi müsahibəsində Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi Rövşən Xələfov deyib.

İlk növbədə ölkədə aparılan siyasi islahatların zəruriliyi və effektivliyi barədə öz fikirlərini paylaşan müsahibimiz bildirib ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəmizin əsasında duran əsas amillərdən biri də məhz bu islahatlardan doğan milli birlik və həmrəylik mühitidir: “Əslində dövlət səviyyəsində həyata keçirilməli olan islahatlar hər bir ölkənin həyatında zaman-zaman bir tarixi zərurət kimi ortaya çıxır. Bu hal konkret ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə, müəyyən regional proseslərlə və yaxud da qlobal, yəni ümumdünyəvi hadisələrlə bağlı ola bilər. Əsas məsələ budur ki, belə bir vəziyyət yarandıqda həmin ölkənin rəhbərliyində duran şəxslər müdriklik və qətiyyət nümayiş etdirərək məhz milli maraqlara cavab verəcək islahatlar paketini hazırlamaq və həyata keçirmək iqtidarında olsunlar. Məhz bu prizmadan baxdıqda görmək olar ki, Azərbaycanın 20% ərazilərinin 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanması da bu gün ölkəmizdə həyata keçirilən həm iqtisadi, həm də siyasi islahatları şərtləndirən amillərdən biri olmuşdur. Məsələ bundadır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bilmək üçün, dünyanın bir çox güclərindən dəstək alan Ermənistanı öz torpaqlarından qovub çıxara bilmək üçün ilk növbədə məhz bugünkü gücünə, iqtisadi və hərbi qüdrətinə, yüksək beynəlxalq nüfuza sahib olmalı idi. Bu gün biz artıq yaşadığımız reallıqların əhatəsindən boylanaraq yaxın keçmişə nəzər salsaq bunu da aydın görə bilərik ki, Prezident İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi 2003-cü ildən bəri keçən bütün dövr əslində məhz bu ali məqsədin həyata keçirilməsinə, torpaqlarımızın işğaldan azad olunmasına yönəldilmiş möhtəşəm hazırlıq dövrü olub. Dövlət başçısının bütün istiqamətlərdə böyük fədakarlıqla apardığı işlər, o cümlədən həyata keçirdiyi xarici və daxili siyasət, iqtisadi siyasət, sosial siyasət, gənclər siyasəti, ordu quruculuğu və bütün digər işlər məhz bir məqsədə - ölkənin ərazi bütövlüyünün təmin olunmasına yönəldilib. Bütün bunların nəticəsi olaraq Azərbaycan artıq son bir neçə ildə Cənubi Qafqazın lider dövləti olaraq demək olar ki, bütün əhəmiyyətli regional və transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməyə başladı. Ölkəmiz beynəlxalq aləmdə daha yaxından tanındı və böyük nüfuza sahib oldu. Etibarlı tərəfdaş kimi tanınan Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatlara üzv oldu və hətta onlara sədrlik etməyə başladı. Davamlı və dinamik iqtisadi inkişaf nəticəsində ölkə müasir və güclü orduya sahib oldu. Digər tərəfdən isə, bütün bu illər ərzində gedən proseslər torpaqlarımızın sülh yolu ilə azad edilməsi ehtimalının sıfıra bərabər olduğunu artıq dəqiq göstərirdi. Prezident İlham Əliyev bunu hər kəsdən yaxşı görürdü və buna görə də Azərbaycanın müharibəyə, daha doğrusu öz torpaqlarını hərbi yolla azad etməyə hazırlaşdığını açıq-aşkar bəyan edirdi. Nəhayət, bütün hazırlıq işləri başa çatdıqdan sonra istənilən bir ölkənin uğurlu hərbi əməliyyatlar apara bilməsi üçün tələb olunan daha bir zəruri şərt təmin olunmalı idi. Bu da ölkədə milli birlik və həmrəylik mühitinin formalaşması və möhkəmləndirilməsidir. Məhz bu səbəbdən də Ölkə Prezidenti Azərbaycanda əsaslı şəkildə ciddi siyasi islahatlara start verdi. Ölkədə bütün sağlam siyasi qüvvələrlə dialoq quruldu və əməkdaşlığa başlandı. Dövlət başçısının “Biz birlikdə güclüyük!” çağırışı əsl ümumxalq ideologiyasına çevrildi. Qısa müddət ərzində ölkədə güclü milli birlik və həmrəylik mühiti formalaşdı. Müxalifət partiyalarının ölkənin ali qanunverici orqanında mühüm vəzifələrdə təmsil olunmaları Azərbaycanda yeni ictimai-siyasi münasibətlər dövrünün başlandığını şərtləndirdi. Bütün bunlar ölkəmizdə son 17 il ərzində həyata keçirilən gərgin hazırlıq işlərinin uğurla tamamlanmasını və Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin etdi.”

Həmçinin Rövşən Xələfov belə bir məqamı da xüsusi olaraq vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında müzakirə olunan məsələlər həmçinin ölkədə müharibədən sonrakı dövrdə də milli birlik və həmrəylik mühitinin qorunub saxlanması və daha da dərinləşməsi üçün konkret addımların atılmasını nəzərdə tutur: “Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyamızın möhtərəm Sədri, Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda bundan sonra da siyasi qüvvələr arasında dialoqun davam etdirilməsinin zəruriliyini vurğuladı. Əlbəttə ki, bu, son dərəcə vacib bir məqamdır. Torpaqlarımızın işğaldan azad olunması ilə artıq bütün Cənubi Qafqazda tamamilə yeni reallıqlar yarandı ki, bu da öz növbəsində ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açmış oldu. Həmin perspektivlər dövlətimizin daha güclü olmasını, insanlarımızın isə daha firavan yaşamalarını vəd edir. Lakin bunlara nail olmaq üçün yaranmış imkanlardan düzgün və səmərəli istifadə etmək lazımdır. Bunun əsas şərtlərindən biri də ölkədə daha sivil və demokratik cəmiyyətin formalaşdırlmasıdır. Həyata keçirilən siyasi islahatlar isə ölkədə ictimai-siyasi münasibətlərin yeni formatını yaratmaqla bu prosesi daha da gücləndirəcək və eyni zamanda da milli birlik və həmrəylik mühitinin qorunub saxlanmasına və daha da dərinləşməsinə xidmət edəcək.”

Kamil Əliyev
Elburus Bağırov

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024