Mobil versiya
Deputat gizli toy edənlərə haqq qazandırdı: Düz edirlər!
Tarix: 12-03-2021 | Saat: 10:21
Bölmə:Manşet / Seçki 2024 | çapa göndər

Deputat gizli toy edənlərə haqq qazandırdı: Düz edirlər!

Azərbaycanda həm koronavirusa yoluxanların, həm də virusdan ölənlərin sayı artıb. Ekspertlər qeyd edirdilər ki, gün ərzində yoluxma sayı 400-500 nəfəri keçdiyi təqdirdə, karantin rejiminin sərtləşdirilməsinə ehtiyac duyular. Son günlərin statistikası isə onu deməyə əsas verir ki, sərt karantin rejiminin tətbiqi artıq reallaşacaq.

Digər tərəfdən, yoluxmanın artmasının əsas səbəbi kimi gizli keçirilən toylar və yas mərasimləri göstərilir. Yoluxmanın artmasına səbəb həqiqətən də budurmu? Bəs görəsən, sərt karantin qaydaları tətbiq edilərsə, insanların sosial təminatı nəzərə alınacaqmı?

AİA.Az xəbər verir ki, deputat Fazil Mustafa mövzu ilə bağlı Musavat.com-a danışıb.

"Biz cərimələr müəyyən etmişik. Ancaq qaydaları sərt şəkildə tətbiq etməklə, heç bir yeri qapatmama, polis postlarını qoymamaqla, rayonlara giriş-çıxışı qadağan etməməklə, sadəcə, bir-bir cərimələri tətbiq etməklə məsələni həll etməliyik. Əhalinin gəlir səviyyəsi aşağı düşdüyü bir durumda problem yaradacaq addımlar atmamalıyıq. Buna yol vermək olmaz, çünki yoxsullaşmaq ziyandır, əhalini düşünmək lazımdır. Onsuz da yoluxma kütləvi xarakter daşıyır, hər kəs bu və ya digər formada yoluxur. Xəstəlikdən sağalmaq olur, amma yoxsulluqdan “sağalmaq” olmur", - F.Mustafa deyib.

Deputat gizli şəkildə toy, yas mərasimləri keçirənlərlə bağlı münasibət də bildirib:

“Düz edirlər, başqa nə etməlidirlər? Çox adam yığmaq olmaz, əvvəllər şöhrətpərətslikdən edirdilər bunu. Amma qadağalar edəndə sosial problem yaradır. Heç olmasa deyilməldir ki, 20 nəfərlik toya icazə verilir. Verilmirsə, insanlar nə etməlidir?! İnsan gizli formada edəcək də... Bu da iqtisadiyyat kimidir. Necə ki, əvvəllər sovet dövründə də xarici ölkələrin paltarlarını geyinməyi qadağan edirdilər. Hamı qara bazardan, ”Kubinka"dan paltar tapırdı. Qadağan edəndə bilməlisən ki, insanlar onu hansısa formada əldə edəcəklər".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024