Mobil versiya
Əli Hüseynov: “Yeni Azərbaycan Partiyası bütün sağlam siyasi qüvvələri öz ətrafında birləşdirmək iqtidarında olan bir təşkilatdır”
Tarix: 11-03-2021 | Saat: 16:27
Bölmə:Manşet / Seçki 2024 | çapa göndər

Əli Hüseynov: “Yeni Azərbaycan Partiyası bütün sağlam siyasi qüvvələri öz ətrafında birləşdirmək iqtidarında olan bir təşkilatdır”

“Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə aparılan siyasi islahatların həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının rolu danılmazdır. O cümlədən 2019-cu ildə YAP parlament fraksiyasının Milli Məclisin buraxılması xahişi ilə Ölkə Prezidentinə etdikləri müraciət siyasi islahatların daha geniş əhatə dairəsinə malik olamsı baxımından böyük əhəmiyyət kəsb edir.” Bu sözləri saytımıza verdiyi açıqlamasında Ağsu RMX-nın baş həkimi, YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov deyib.

Öz müsahibəsində təşkilat sədri belə bir məqamı vurğulayıb ki, son bir neçə ildə Azərbaycanda həyata keçirilən siyasi islahatların gedişinə ən dəyərli töhfələr verən siyasi təşkilat məhz Yeni Azərbaycan Partiyası olmuşdur: “Birmənalı olaraq deyə bilərik ki, 2020-ci ilin fevral ayında keçirilmiş Parlament seçkiləri Azərbaycanda yeni siyasi mühitin formalaşması prosesində son dərəcə mühüm bir mərhələ oldu. Müxalifət partiyalrının nümayəndələri ölkənin ali qanunverici orqanında yer aldılar və rəhbər vəzifələrdə təmsil olunmağa başladılar. Qeyd etmək istərdim ki, bu fundamental yeniliklərin baş tutmasının əsas təşəbbükarları da məhz Yeni Azərbaycan Partiyasının parlament fraksiyası olmuşdur. Belə ki, 2019-cu ildə YAP parlament fraksiyası Milli Məclisin buraxılması xahişi ilə Ölkə Prezidentinə edərək ölkədə aparılan siyasi islahatların əhatə dairəsinin daha da genişləndirilməsi üçün əsaslı zəmin yaratmış oldular. Aydındır ki, parlamentin özünü buraxması və növbədənkənar seçkilərə getməsi haqqında qərar Yeni Azərbaycan Partiyasının Sədri, Ölkə Prezidenti cənab İlham Əliyevin islahatlar siyasətinə dəstək məqsədilə qəbul edildi. Sonrakı proseslər isə bu qərarın son dərəcə düzgün və ölkənin milli maraqlarına tam uyğun olduğunu göstərdi. Əbəs yerə deyildir ki, Prezident İlham Əliyev də bu hadisəni son dərəcə yüksək qiymətləndirdi. Demək olar ki, məhz 2020-ci ilin Parlament seçkilərindən sonra Azərbaycan cəmiyyətində dialoq mədəniyyəti daha təkmil bir forma alaraq bütün siyasi qüvvələr arasındakı münasibətlərə sürətlə sirayət etməyə başladı. Bununla da tezliklə ölkədə milli birlik və həmrəylik mühitinin formalaşmasında növbəti mərhələ başlandı. Bu amil isə Azərbaycanın Vətən müharibəsində tarixi Qələbə əldə etməsində əsas rol oynadı. Xüsusi olaraq bir məqamı da qeyd etməyi özümə borc bilirəm ki, 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına birləşməsi ölkədə, xüsusilə də siyasi qüvvələr arasında yaranmış tamamilə yeni münasibətlər formatının ən bariz təcəssümü hesab oluna bilər. Bu hadisə onu göstərir ki, siyasi dialoq həqiqətən də müxtəlif qüvvələrin ortaq bir nöqtəyə gəlmələrinə kömək edir. Eyni zamanda da bu birləşmə Yeni Azərbaycan Partiyasının bütün sağlam siyasi qüvvələri öz ətrafında birləşdirmək iqtidarında olan bir təşkilat olduğunu göstərdi və bir də Azərbaycan cəmiyyətində hakim partiyaya olan inam və etimadın ən yüksək səviyyədə qərarlaşdığını hər kəsə nümayiş etdirdi.”

Daha sonra Əli Hüseynov qeyd edib ki, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə nəticəsində Cənubi Qafqazda yaranmış yeni reallıqlar bu gün Azərbaycan üçün daha geniş inkişaf perspektivləri açır. Təşkilat sədri vurğulayıb ki, bu perspektivləri reallaşdırmaq üçün ölkəmiz bütün imkanlara malikdir : “Bildiyimiz kimi, Azərbaycan artıq bir neçə ildir ki, Cənubi Qafqaz regionunun lider dövlətidir. Bu gün regionda ölkəmizin iştirakı olmadan reallaşan hər hansı bir əhəmiyyətli layihə yoxdur. Vətən müharibəsinin nəticələri olaraq regionda yaranmış yeni reallıqlar bu gün Azərbaycan üçün daha geniş inkişaf perspektivləri açır. Prezident İlham Əliyev də məhz bu reallıqların düzgün qiymətləndirilməsindən irəli gələrək YAP-ın VII qurultayında etdiyi çıxışında ölkəmizin postmüharibə dövrü üçün inkişaf proqramının əsas müddəalarını müəyyən etdi. O cümlədən iqtisadi sahədə şəffaflığın və dürüstlüyün təmin olunması, inhisarlara son qoyulması yeni dövrün əsas tələb və şərtləri kimi önə çıxarıldı. Prezident İlham Əliyev ölkə iqtisadiyyatının bundan sonrakı inkişafının məhz bu əsaslar üzərində təmin olunmasının zəruriliyini vurğuladı.”

Kamil Quluyev
Abbas Abbasov

AİA.Az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024