Mobil versiya
Yeni siyasi reallıq fonunda siyasi dialoq
Tarix: 09-03-2021 | Saat: 09:09
Bölmə:Karusel / Seçki 2024 | çapa göndər

Yeni siyasi reallıq fonunda siyasi dialoq

Yeni dövürdə nəhəng qlobal proseslər insanlar gündəlik yaşayışından tutmuş, geopolik reallıqlara qədər çox şeyə təsir edir. Elmin-texnologiyanin sürətlə irəliyə getməsi artıq bir təsissat kimi dövlət, onun idarəetmə aparıtına təsirsiz ötüşmür. Yeniliklər yeni siyasi və ictimai reaalılqlar yardır. Azərbaycanda bu proses, əslində, 2019-cu ildə daha süərtlə start götürdü. Növbədənkənar parlament seçkiləri, gənclərin yüksək vəzifələrdə irəli çekilməsi, Vətən müharibəsi yeni siyasi reallıqlar yaratdı. Ölkədəki dialoq mühiti siyasətdə yeni tərəqqi məzmunlu konsolidasiyalara səbəb oldu. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın - Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının YAP-a qoşulmasına dair qərar qəbul edildi. Bu, ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcəkdir. Siyasi rəqabətin əsas aləti olaraq partiyaların güclənməsi vətəndaşların maraqlarının müdafiə olunmasında yeni imkanlar yaradır.

Siyasi partiyaların YAP-a qoşulmaq istəyi YAP-ın sözün əsl mənasında xalq partiyası olduğunu sübut edir. YAP ümumxalq partiya olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir. Bu cür tendensiyalar eyni zamanda, iqtidara qarşı olan müsbət ictimai rəyin artmasından xəbər verir.

Azərbaycan yeni dmeokratik siyasi reallıqlar fonunda daha güclü dövlətə çevriləcək. Məhdud resurslara malik olan partiyaların kifayət qədər qüvvətli siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olmaqla yanaşı, həmin partiyanın üzvləri üçün yeni imkanlar yaradacaqdır. Bununla da partiya üzvlərinin siyasi maraqlarının təminatı prosesi daha effektiv təşkil olunacaqdır.

Siyasi partiyalar sistemində müşahidə olunan tendensiyalar YAP-ın gücündən və elektoratın potensialından xəbər verir. Nisbətən zəif qüvvələrin daha güclü qüvvəyə qoşulmaq istəyi təbii və başadüşüləndir. Eyni zamanda, 6 siyasi partiyanın YAP-a qoşulması iqtidar partiyasına olan etibar və inamdan irəli gəlir.

Siyasi qüvvələrin inteqrasiyası ölkənin siyasi partiyalar sisteminin daha effektiv fəaliyyətinə xidmət edir. Ölkədə siyasi partiyaların ləğv olunmadan sayının azalması siyasi proseslərə təsir etmək iqtidarında olan partiyalar üçün daha əlverişli şərait yaradılmasına xidmət edəcəkdir

Kərimov İbrahim,

YAP Sabirabad rayon təşkilatının fəal üzvü

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024