AZ RU Mobil versiya
Hesablama Palatası 2 milyard manatla bağlı yoxlama aparır
Tarix: 03-03-2021 | Saat: 11:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Hesablama Palatası 2 milyard manatla bağlı yoxlama aparır


Azərbaycanda yeni növ koronavirus (COVID-19) şəraitinin yaratdığı iqtisadi və sosial çətinliklərin təsirlərinin yumşaldılması və aradan qaldırılması məqsədilə dövlət tərəfindən həyata keçirilmiş geniş miqyaslı və əhatəli dəstək tədbirləri üçün icra edilmiş vəsaitlərin auditi aparılır.

aia.az Unikal.org-a istinadən xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

V. Gülməmmədov deyib ki, həmin tədbirlər üçün icra edilmiş vəsaitlərin auditinin keçirilməsi aktual məsələlərdən biridir. Bu baxımdan Hesablama Palatasının 2020-ci ilin dekabr ayında təsdiq edilmiş cari ilin İş planına pandemiyanın təsirləri ilə mübarizə istiqamətində icra edilmiş vəsaitlərin auditi üzrə tədbirlər daxil edilib, hazırda artıq bu istiqamətdə nəzarət tədbiri həyata keçirilir.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən 1 milyard 985,6 milyon manat vəsait xərclənib.
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5127 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-04-2021