Mobil versiya
YAP Laçın rayon təşkilatının təşkilatçılığı ilə Xocalı soyqırımının 29–cü ildönümünə həsir olunmuş onlayın formada video konfrans keçirildi - FOTOLAR
Tarix: 25-02-2021 | Saat: 17:30
Bölmə:Parlament | çapa göndər

YAP Laçın rayon təşkilatının təşkilatçılığı ilə Xocalı soyqırımının 29–cü ildönümünə həsir olunmuş onlayın formada video konfrans keçirildi


YAP Laçın rayon təşkilatının təşkilatçılığı ilə Xocalı soyqırımının 29–cü ildönümünə həsir olunmuş onlayın formada video konfrans keçirildi.Tədbirdə YAP Laçın rayon təşkilatının partiya fəalları iştirak etdilər.Tədbir iştirakşıları ilk öncə bir dəqiqəlik sükutla şəhidlərin xatirəsini yad etdilər .

Sonra YAP Laçın rayon təşkilatının sədri Ilqar İlyasov tədbiri açaraq qeyd etdi ki, tarixin müxdəlif dönəmlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı əsrin ən dəhşətli faciəsindən birini yaşaması ölkəmizin yeni tarixinə qara həriflərlə yazıldı .

Tədbirdə YAP üzvləri Xocalı qəhrəmanları haqqında məlumat verdilər.

Daha sonra tədbirdə çıxış edən YAP fəalları qeyd etdilər ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi –şovinistlələrin davamlı olaraq etnik təmizləmə soyqırımı siyasətinə məruz qalmışdır. Azərbaycanlılar öz tarixi torpaqlarından qovulmuş qaçqın məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur bu kütləvi və amansız qırğın aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla təkcə azərbaycanlılara qarşı deyil bütövlükdə insanlıq əlehinə törədilmiş qəddar cinayət aktıdır.Onlar bildirdilər ki, erməni millətçiləri Xocalıda bu soyqırım əməlini törədərkən doğma torpağını qəsibkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyəti güdmüşlər . Qeyd olundu ki, ermənilərin törətdiyi Xocalı soyqırımı insanlığa və bəşəriyyətə qarşı cinayət olub .

Möhdərəm Prezidentimiz Cənab İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti sayəsində Xocalı həqiqətləri Azərbaycan xalqının başına gətirilən müsübətlər dünya ictimayyətinin diqqətinə çatdıracaq və bu vəşilik real qiymətini alacaq.

aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024