Mobil versiya
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı İdarə Heyətinin onlayn qaydada iclası keçirilib - FOTOLAR
Tarix: 24-02-2021 | Saat: 18:00
Bölmə:Cəmiyyət | çapa göndər

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı İdarə Heyətinin onlayn qaydada iclası keçirilib



2021-ci ilin fevral ayının 24-də Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı İdarə Heyətinin onlayn qaydada iclası keçirildi. İclası giriş sözü ilə YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov açdı. Xocalı qurbanlarının xatirəsi ehtiramla yad olundu. Sonra H.Pənahov gündəlikdə duran birinci məsələ barədə məlumat verərək bildirdi ki, Şəhid ailələri və Qarabağ Müharibəsi qaziləri ilə görüşlərin keçirilməsi və onların problemlərinin öyrənilməsi qarşımızda duran ən vacib məsələdir. Qeyd edim ki, Azərbaycan xalqı cənab Ali Baş Komandan İlham Əliyev rəhbərliyi altında yüzilliklərin ən möhtəşəm qələbəsini qazanmışdır. 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbə Azərbaycanın hərb tarixində ən şanlı səhifədir. Azərbaycan Ordusunun misilsiz rəşadəti və igidliyi nəticəsində 30 il əsarətdə olan Dağlıq Qarabağ və onun ətrafı işğaldan azad edildi. Azərbaycan xalqının şərəf tarixi yazıldı. Azərbaycan əsgəri bu tarixi misilsiz şücayəti, rəşadəti, igidliyi ilə,qanı və canı ilə yazdı, millətin milli qürur hissini özünə qaytardı. YAP Qazax rayon təşkilatı Vətən Müharibəsində şəhid olan oğullarımızı unutmur. Mütəmadi olaraq müqəddəs şəhidlərimizin qəbirləri ziyarət olunur. Şəhid ailələrinə baş çəkilir, qazilərlə görüşlər keçirilir, onların problemləri öyrənilir, lazımi yardımlar edilir. Rayon təşkilatı tərəfindən bu işlər davam etdirilir.
Sonra H.Pənahov gündəlikdə duran ikinci məsələ ilə əlaqədar qeyd etdi ki, partiya üzvləri haqqında məlumatların bir daha dəqiqləşdirilərək Baza Proqramına işlənilməsi başa çatmaq üzrədir. Partiya üzvləri haqqında məlumatların dəqiqləşdirilməsi işi davam edir. Bu işdə Mədəniyyət Şöbəsi, Uşaq Poliklinikası və Qadın Məsləhətxanası, Qazax Sement Zavod, Dəmiryolu, BDU Qazax filialı, Çaylı kənd, Bala Çaylı kənd, Aslanbəyli kənd, Daş Salahlı kənd 1 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatlarında xırda nöqsanlar mövcuddur. Adları çəkilən təşkilatların sədrləri qısa müddətdə bu işi başa çatdırmalıdırlar.

İclasın gündəliyində duran üçüncü məsələ ilə əlaqədar H.Pənahov bildirdi ki, ərazi ilk partiya təşkilatlarında partiya üzvlük haqqının ödənilməsində elə bir problem yoxdur. Bir neçə təşkilatda ləngimələr var. Həmin təşkilat sədrləri qısa vaxtda üzvlük haqlarını ödəməlidirlər.
Sonra YAP Qazax rayon təşkilatı İdarə Heyətinin üzvlərindən Paşa Hadıyev, Anar Nəbiyev, Vüsal İsmayılov çıxış edərək gündəlikdə duran məsələlərə münasibət bildirdilər. Qeyd etdilər ki, hər bir ərazi ilk partiya təşkilatı verilən tapşırığa vaxtında əməl etməlidir. Nöqsanlar tez bir zamanda aradan qaldırılmalıdır.

YAP Qazax rayon təşkilatı İdarə Heyətinin iclasını sədr H.Pənahov yekunlaşdıraraq ərazi ilk partiya təşkilat sədrlərinə mövcud nöqsanların qısa müddətdə aradan qaldırılması ilə əlaqədar müvafiq tapşırıqlar verdi.

YAP Qazax rayon təşkilatı İdarə Heyətinin iclasında YAP İcra Katibliyinin məsul işçisi Araz Xudadanov iştirak etmişdir.

İclasın sonunda müvafiq qərarlar qəbul olundu.

aia.az








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024