Mobil versiya
Özünü Qarabağ əlili kimi təqdim edən dələduzun 100 minlik CİP-i varmış
Tarix: 16-04-2016 | Saat: 17:17
Bölmə:Karusel | çapa göndər

Özünü Qarabağ əlili kimi təqdim edən dələduzun 100 minlik CİP-i varmış





Bir neçə gündür ki, sosial şəbəkələrdə özünü I qrup Qarabağ əlili kimi təqdim edən Elnur Əfəndiyev adlı şəxsin fotosu paylaşılır. Məlumatda qeyd olunur ki, Qarabağ uğrunda gedən döyüşlərdə əlini və ayağını itirən E.Əfəndiyevə dövlət 120 manat təqaüd verir.

"Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı AzNews.az-ın əməkdaşı “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədovla əlaqə saxlayıb. Sədr bildirib ki, özünü Qarabağ əlili kimi təqdim edən E.Əfəndiyev əslində dələduzdur: “O, Qarabağ əlili deyil. Elnur keçmiş məhkumdur. Həbsxanada olanda borcu olub. Ödəyə bilmədiyinə görə də damarına iynə vurub. Bunun nəticəsində o, iflic olub, həkimlər isə onun əl və ayağını kəsmək məcburiyyətində qalıb”.

E.Əsədov 120 manat təqaüd aldığını iddia edən şəxslə bağlı həm də onu bildirib ki, həmin şəxs kifayət qədər imkanlıdır: “Elnuru tanıyırıq. Əyninə hərbi forma geyinir və əlil arabasında oturub dilənir, özü də çox imkanlı bir dilənçidir. Altında 100 min manatlıq cipi, 200 min manat dəyərində obyektləri var”.

Birlik sədri Qarabağ əlillərinin 120 deyil, 600 manata yaxın təqaüd aldığını bildirib: “Qarabağ əlili 120 manat deyil, 500-600 manat təqaüd alır. Aprelin 2-də Qarabağda gedən döyüşlərdə həlak olan şəhidlərimiz var. Onların ailələrinə dövlət güzəştlər edir. Bunlar da onu görüb və həmin güzəştlərdən istifadə etmək istəyir. Elnurun adamları var, onu reklam edib pul yığdırırlar. Elnur kimi insanlara kömək eləmək olmaz. O, dələduzdur, şəhidlərimizin, Qarabağ əlillərinin adına ləkədir”.

Qeyd edək ki, Elnur Əfəndiyev haqqında mətbuatda bir neçə dəfə məlumat tirajlanıb. O, 1976-cı ildə Ağsu rayonun Kalva kəndində doğulub. E.Əfəndiyev iddia edir ki, 1993-cü ilin 30 iyun tarixində Ağdam istiqamətində gedən döyüşlərdə yaralanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024