Mobil versiya
Məsut Özil Neymarın rekordunu təzələdi
Tarix: 16-02-2021 | Saat: 08:53
Bölmə:İdman | çapa göndər

Məsut Özil Neymarın rekordunu təzələdi


“Fənərbağça”lı futbolçu Məsut Özilin imza mərasimi üçün xüsusi olaraq hazırlanan üç ədəd idman köynəyi 36 min 50 avroya satılıb.

“Anadolu Agentliyi”nin yaydığı məlumata görə, bu barədə “sarı-lacivərdlilər”in rəsmi saytı xəbər verib.

İdman köynəklərinin www.matchwornshirt.com saytı vasitəsilə satışa çıxarıldığı bildirilib. Üzərində məşhur futbolçunun imzası olan zolaqlı köynək 26 min avroya, qızılı köynək 4 800 avroya, tünd göy rəngli köynək isə 5 250 avroya əldə olunub.

67 nömrəli zolaqlı idman köynəyinin adıçəilən portal vasitəsilə indiyidək satılan ən bahalı geyim olduğu bildirilib.

Qeyd edək ki, buna qədər matchwornshirt.com ünvanından satılan ən bahalı idman köynəyi 13 min avroya alıcı tapan Neymarın PSJ forması olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024