Mobil versiya
Avropa Çempionatı vaxtında, əvvəlcədən qeyd olunan şəhərlərdə keçiriləcək
Tarix: 12-02-2021 | Saat: 14:59
Bölmə:İdman | çapa göndər

Avropa Çempionatı vaxtında, əvvəlcədən qeyd olunan şəhərlərdə keçiriləcək

UEFA-nın stadionlardakı əməliyyat fəaliyyəti qrupunun rəhbəri Andreas Şar Avropa Çempionatına hazırlıqlar barədə məlumat verib.

"Sport-Express" nəşrinin məlumatına görə, təşkilatın rəsmisi idman tədbirinin əvvəlcədən nəzərdə tutulmuş qrafik üzrə keçiriləcəyini bildirib.

"Turnirin öz vaxtında keçiriləcəyini təsdiq etmək istərdim. Məhz bunun üçün mən komandamla birlikdə Sankt-Peterburqdayam. Böyük əminlik hissiylə deyə bilərəm ki, 12 şəhərin hamısı çempionat oyunlarını qəbul edəcək. Vəziyyəti nəzarətdə saxlayırıq. Əvvəlcədən qayıqda olan 12 oyunçunun hamısı buradadır", - deyə Şar qeyd edib.

Xatırladaq ki, 2020-ci ildə keçirilməli olan futbol üzrə Avropa Çempionatı koronavirus pandemiyası səbəbindən bu ilin 11 iyun - 11 iyul tarixləri aralığında təşkil olunacaq.

Qeyd edək ki, AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024