Mobil versiya
Qarabağla bağlı nələr edilməlidir? - Mütəllibov
Tarix: 08-02-2021 | Saat: 21:15
Bölmə:Karusel / Seçki 2024 | çapa göndər

Qarabağla bağlı nələr edilməlidir? - Mütəllibov

Sülhə xidmət edən prosesləri dəstəkləmək lazımdır. Nəzərə almaq lazımdır ki, iqtisadiyyat vacib sahədir. Əslində siyasətin də bünövrəsi iqtisadiyyatdan qaynaqlanır. Buna da təbii yanaşılmalıdır. İlk növbədə görüləcək işlər kommunikasiyaların açılması, yolların işlək vəziyyətə salınması ilə bağlıdır. Ümid edirəm ki, regionda bu istiqamətdə addımlar atılacaq.

AİA.Az xəbər verir ki, bu fikirləri Teleqraf.com-a açıqlamasında Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov 44 günlük müharibədən sonra kommunikasiya və yolların açılması haqda danışarkən bildirib.

Sabiq prezidenti hesab edir ki, kommunikasiya xətlərinin açılması sülhə və sabitliyə xidmət edə bilər:

“Bunsuz mümkün deyil. Bir daha vurğulamaq istərdim ki, siyasətin bünövrəsi iqtisadiyyatdır. İqtisadiyyatsız siyasət ola bilməz”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə