Mobil versiya
148 günlük həsrətə son – Monroz qayıtdı
Tarix: 08-02-2021 | Saat: 13:46
Bölmə:İdman | çapa göndər

148 günlük həsrətə son – Monroz qayıtdı

"Neftçi"nin futbolçusu Stiven Monroz meydana qayıdıb.

AİA.Az apasport.az-a istinadən bildirir ki, fransalı yarımmüdafiəçi Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Zirə" ilə səfər matçında şans qazanıb.

İkinci hissədə meydana daxil olan legioner sonuncu dəfə ötən il sentyabrın 20-də rəsmi görüşdə iştirak edib. "Sumqayıt"la qarşılaşmanın (0:2) ikinci hissəsində iştirak edən Monroz 148 günlük fasilədən sonra "Neftçi" formasını geyinib.

Qeyd edək ki, Monroz cari mövsüm bu oyunadək 2 çempionat və 1 avrokubok matçına çıxıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024