Mobil versiya
Gündoğandan uğurlu statistika
Tarix: 08-02-2021 | Saat: 12:24
Bölmə:İdman | çapa göndər

Gündoğandan uğurlu statistika

İngiltərə Premyer Liqasının 23-cü turunda bu gün "Liverpul"la görüşdə (4:1) dubl edən "Mançester Siti"nin futbolçusu İlkay Gündoğan karyerasının ən məhsuldar mövsümünü keçirir.

Premyer Liqada son 6 oyunda 6 qol vuran yarımmüdafiəçi ilk dəfə bir mövsümdə 10 qol həddini keçib.

Türk əsilli almaniyalı futbolçu dayaq yarımmüdafiəçisi olmasına baxmayaraq, bu mövsüm 2-si Çempionlar Liqasında olmaqla ümumilikdə 11 qol vurub. Maraqlıdır ki, o, bu qollardan 9-nu son 12 oyunda vurub. Mövsüm ərzində ümumilikdə 24 oyuna çıxan Gündoğan 2 məhsuldar ötürmə də edib.

Qeyd edək ki, Almaniya millisinin də üzvü olan 30 yaşlı futbolçu 2016-cı ildən "Mançester Siti"də çıxış edir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024