Mobil versiya
İcra başçısının qardaşı sahibkarlara qarşı
Tarix: 15-04-2016 | Saat: 13:31
Bölmə:Manşet | çapa göndər

İcra başçısının qardaşı sahibkarlara qarşı








Göyçaylı şikayətçi: “Artıq Göyçayda bir çox obyektləri əlinə keçirən başçının qardaşı hazırda daha böyük biznes layihələri üzərində çalışır və demək olar ki, qardaşının adından rayon sahibkarlarına təzyiqlər edərək onlardan bu və ya digər şəkildə “xərac” toplayır”.


Uzun müddət 13 saylı Yol İstismar İdarəsini çapıb talayan Maarif Ağayev dövlətdən oğurladıqlarını biznes sahələrinə yönəltməq qərarına gəlib.

Bir neçə gün öncə Göyçay 13 saylı Yol İstismar İdarəsinin müdiri, icra başçısı Mübariz Ağayevin qardaşı Maarif Ağayevin oğluna şəhərdəki Heydər parkında restoran tikdirməsi ilə bağlı məlumat vermişdik. Həmin məlumatda qeyd etmişdik ki, Maarif Ağayevin oğlu Nicat Ağayev 120 min avtomobildə gəzir və idarə müdiri oğluna 200 minlik obyekt hədiyyə edib.

Göyçaydan AzMedia.info-ya daxil olan daha bir məlumata görə Maarif Ağayev qardaşı Mübariz Ağayevin icra başçısı omasından sonra rayonu demək olar ki, “özəlləşdirib”. Artıq Göyçayda bir çox obyektləri əlinə keçirən başçının qardaşı hazırda daha böyük biznes layihələri üzərində çalışır və demək olar ki, qardaşının adından rayon sahibkarlarına təzyiqlər edərək onlardan bu və ya digər şəkildə “xərac” toplayır. Oun bu işdə isə əsasn köməkçisi məhz oğlu Nicat Ağayev olduğu qeyd olunur. Belə ki, Göyçaydan AzMedia.info-ya daxil olan məlumatda göstərilir ki, ata-oğul Ağayevlər sahibkarları onlara “aylıq” verməyə zorlayırlar və əks təqdirdə obyektləri üçün problemlərin yaranacağına işarə edirlər. Maraqlıdır ki, başçının qardaşı və qardaşı oğlu bir çox yerlərdə məhz Mübariz Ağayevin adından istifadə edirlər və “aylığı” da başçının adından topladıqlarını gizlətmirlər. Artıq Göyçay sahibkarları da başçının qohumlarının bu davranışlarından bezdiklərini də gizlətmirlər.

Qeyd edək ki, ölkə prezidenti cənab İlham Əliyev dəflərlə sahibkarların fəaliyyətinə manelər yaradan və onlardan haqqsız yerə pul tələb edən məmurlara, həmçinin icra başçılarına dəfələrlə xəbərdarlıq edib. Lakin görünür ki, ölkə prezidentinin xəbərdarlıqları Göyçayda olduğu kimi dəyərləndirilmir.

AzMedia.info-ya daxil olan başqa bir məlumatda isə bildirilir ki, uzun müddət 13 saylı Yol İstismar İdarəsini çapıb talayan Maarif Ağayev dövlətdən oğurladıqlarını biznes sahələrinə yönəltməq qərarına gəlib. Belə ki, aldığımız məlumata görə Maarif Ağayev özünə özəl bir Asfalt zavod tikdirir. Göyçay Asvalt zavodunun müdiri Fəxrəddinlə dostluq münasibətlərinə sahib olan və onunla bir çox qaranlıq maxinasiyalar edən Maarif Ağayev zavodu onun köməkliyi ilə yaradır.

Mənbəmiz qeyd edir ki, Mübariz Ağayev icra başçısı təyin edildikdən sonra şəhər yollarının demək olar 70-80 faizi təmir edildi və düzəldildi. Hazırda böyük kəndlərə gedən yollarada təmir edilir. Düzəldilən yollara asfaltı isə Maarif Ağayev verməyi planlaşdırır. Yəni faktiki olaraq icra başçısının qardaşı rayonun daxili büdcəsindən yolların təmiri üçün ayrılan vəsaitləri cibinə qoymağı planlaşdırır. Mənbəmiz qeyd edir ki, məhz “yol biznesinin” hələ uzun illər yaxşı xeyir verəcəyini düşünən Maarif Ağayev qardaşı Mübariz Ağayevin “xeyir duası” ilə Göyçayda yeni asfalt zavod açmaq ərarına gəlib.

Bundan başqa Göyçay çayının kənarıdan yaradılan böyük qum-çınqıl karxanasıda Maarif Ağayevin işinə yarıyacaq. Mənbə çayın kənarında yaradılan yeni karyer üçün İrandan böyük bir drabilka gətirildiyinidə bildirdi.

Qarşı tərəfin mövqyeini dərc etməyə hazırıq



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə