Mobil versiya
Ekologiya nazirliyi "kariyer" sahibləri ilə bacara bilmir?
Tarix: 03-02-2021 | Saat: 15:02
Bölmə:Seçki 2024 | çapa göndər

Ekologiya nazirliyi "kariyer" sahibləri ilə bacara bilmir?


Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində mühüm işlər görüldüyü bir vaxtda cox təəssüf ki, bir cox işbazlar buna məhəl qoymur.

Məlum olduğu kimi Tərtər cayının hövzəsində bir necə qum-cınqıl karxanaları fəaliyyət göstərir.Ərazidə fəaliyyət göstərən karxanalarda ekoloji qanun pozuntusu və qanunsuz qazıntı işlərinin apaşdırılması ilə bağlı nazirlik 3 ay müddətində işlərin müvəqqəti dayandırılması ücün sahibkarlara məktub göndərib. Amma nə fayda,cox təəssüf ki, bu ərazidə əsas ekologi durum deyil,sahibkarları necə pul qazanmaq məsələləri düşündürür.Görünür belə məsələlərdə onların havadarları da qanunun daha kecərli olmasını unudurlar.Düzdür,yuxarıda qeyd etdiyimiz kimi nazirlik bu sahədə müəyyən islahatlar aparır və aparmaqdadır.Hətta bu günlərdə nazirliyinin tabeliyində Dövlət meneral xammal ehtiyatlarından istifadə agentliyi yaradılsa da Tərtərdə bəzi sahibkarların vecinə deyil. Cünki burada nə ölkə başcısının, nə də nazirliyin göstərişləri və məktubları deyil,özlərinin cəngəllik qanunları işləyir.Bu günlərdə redaksiyamıza daxil olan bir şikayəti araşdırmaq ücün Tərtərdə olduq.Təsadüfən karxanaların birinin ərazisində böyük bir dəliyi gördükdə fikirləşdik ki,yəqin 44 günlük müharibə zamanı düşmən bura dünyanın ən ağır raketini atıb.Lakin həmin ərazinin ətrafında ekskavatorların işlədiyini gördükdə məlum oldu ki, bəzən bizə düşmən lazım deyil.Tərtər cayının yatağını 40-50 metr dərinliyində qazıb öz şəxsi maraqları ücün istifadə edənlərin düşməndən nəyi əskikdir.Bir iki şəkil cəkmişdik ki, sürücülərdən biri bizə yaxınlaşıb şəkili silməyi xahiş etdi.Səbəbini soruşduqda dedi ki, bu yol idarəsinin maşınıdı.Əliqulu müəllim istəmir maşınlarının şəkiili hardasa düşsün.

Bu vaxt söhbətimizə qoşulan Şamxal adlı səxs qeyd etdi ki, icra hakimiyyətindən,ekologiya nazirliyindən razılıq almışıq.Dərinliklə bağlı sualımıza Şamxal belə cavab verdi: - Gedin suallarınızı nazirliyə verin.Biz işimizi onlarla, Ağcəbədidə oturanlarla həll etmişik.Nazirlik də bilir. Qeyd edək ki, el arasında "Zolgörən" körpusu adlanan ərasinin yaxınlığında,təxminən 70-80 metr aralıda aparılan qazıntı işləri də cay yatağının məcarasını dəyişmiş,körpü ücün təhlükələr yaratmış, yer təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi qaydalarını pozmuşdur. Maraqlıdır, görəsən Şamxalın hansı əməli ekologiya nazirliyinin əməkdaşlarının xoşuna gəlir ki,ona gözün üstə qaşın var deyən tapılmır?Niyə burada ətraf mühitə,su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükənin yaranması, çay məcralarının kəskin eroziyaya məruz qalmasına əməl olunmur? Yaxşı deyək ki, Şamxal nazirlikdən qorxmur və ya onları saymır. Bəs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrindən necə,qorxmur? Axı Şamxal kimdir? Araşdırmamız davam edir. Eyvaz Babayev.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə