Mobil versiya
“Qarabağ”a 800 min avroya keçibmiş
Tarix: 30-01-2021 | Saat: 19:16
Bölmə:İdman | çapa göndər

“Qarabağ”a 800 min avroya keçibmiş

"Qarabağ"ın Haiti millisinin futbolçusu Donald Geryenin transferi üçün Türkiyə "Alanyaspor"una ödədiyi məbləğ məlum olub.

AİA.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Milliyet" qəzetində Superliqa təmsilçisinin son 3 ildə oyunçu satışı qarşılığında əldə etdiyi gəlirlərdən bəhs edən yazısında bildirilir. Nəşrin iddiasına görə, Gerye 2017-ci ilin yayında Ağdam komandasına 800 min avroya keçib.

Ümumilikdə "Alanyaspor" 6 oyunçu satışından ümumilikdə 20,4 milyon avro gəlir əldə edib ki, bu da rekord göstərici sayılır.

Əlavə edək ki, bu günlərdə Gerye "Qarabağ"da əvəzedici komandaya göndərilib. Buna futbolçunun qış hazırlığına gec qoşulması səbəb olub. O bildirib ki, bu addımına görə 20 min dollar məbləğində cərimə də edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024