Mobil versiya
İbrahimoviç və Lukakunun cəzası açıqlandı
Tarix: 30-01-2021 | Saat: 12:57
Bölmə:İdman | çapa göndər

İbrahimoviç və Lukakunun cəzası açıqlandı

İtaliya kubokunun 1/4 finalında keçirilən "Milan" - "İnter" matçında (1:2) qırmızı vərəqə alan futbolçuların cəzası müəyyənləşib.

"Milan"dan Zlatan İbrahimoviç və "İnter"dən Romelu Lukaku 1 oyunluq cəzalandırılıb. Oyunçuların gələcəkdə eyni hərəkətləri edəcəkləri təqdirdə, cəzanın sərtləşə biləcəyi vurğulanıb.

Qeyd edək ki, ilk hissəsin sonlarında "Milan"ın müdafiəçisi Alessio Romanyoli Romelu Lukakuya qarşı kobud oynayıb. Lukaku ilə Romanyoli arasındakı mübahisəyə İbrahimoviç də qoşulub. Nəticədə bu iki oyunçu kəllə-kəlləyə gəlib, lakin insident əlbəyəxa davaya çevrilməyib.

"Sportmediaset" saytı bildirib ki, Zlatan Lukanın ünvanına bu təhqiramiz ifadəni işlədib: "Get p..nu ye, eşşək". Cavabında Lukaku İbrahimoviçi "fahişə oğlu" adlandırıb.

Baş hakim hər iki oyunçuya sarı vərəqə göstərib. 58-ci dəqiqədə isə İbrahimoviç kobud oyuna görə ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024