“Onların qərarı əsl dəlilikdir” - Berti Foqts
Tarix: 18-01-2021 | Saat: 14:04
Bölmə:İdman | çapa göndər
Bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts AVRO-2020-nin gələcək taleyi ilə bağlı danışarkən deyib.
75 yaşlı mütəxəssis koronavirus pandemiyasının dünyanı əhatə etdiyi bir vaxtda qitə birinciliyinin təşkilini uğurlu addım saymır. Almaniyalının fikrincə, AVRO-2020 yenidən təxirə salınmalıdır: "Turnirin taleyi ilə bağlı hələ heç kim UEFA-dan dəqiq məlumat almayıb. Bu da məni heyrətə gətirir. Millidə işləmiş məşqçi kimi UEFA-ya müraciət edirəm: Avropa çempionatını təxirə salın. Yekun qərarınızı indi verin. Əks təqdirdə, sonra çox gec olacaq. UEFA-nın turniri iyuna salma qərarı əsl dəlilikdir. Yarışı dekabrın ortalarına qədər təxirə salmaq lazımdır. Ümid edirəm ki, o vaxta qədər tribunalara daha çox azarkeş buraxılar".
Qeyd edək ki, Berti Foqts 2008-2014-cü illərdə Azərbaycan millisini çalışdırıb.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024