Mobil versiya
Tərtərdə yol çəkən traktor minaya düşdü, sürücü yaralandı
Tarix: 14-01-2021 | Saat: 11:03
Bölmə:Karusel / Parlament | çapa göndər

Tərtərdə yol çəkən traktor minaya düşdü, sürücü yaralandı


İşğaldan azad olunmuş ərazidə yol çəkən traktor minaya düşüb.

Tərtər rayon Prokurorluğundan aia.az-a verilən məlumata görə, hadisə yanvarın 13-də saat 11 radələrində baş verib. Bərdə rayon sakini 1960-cı il təvəllüdlü Ocaqverdiyev Əliyar Hidayət oğlunun işğaldan azad edilmiş ərazilərimizdə işləyən zaman tank əleyhinə minaya düşərək çoxsaylı bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparımış araşdırmalarla müyyən edilib ki, 54 saylı Xocalı yol idarəsinin əməkdaşı Əliyar Ocaqverdiyev Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan və Talış kəndləri ərazisindən keçən su kanalının üzərindəki körpüdə yol çəkilməsi işlərini görən zaman idarə etdiyi “LUİGONG B-160” markalı buldozer ilə tank əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-10-2024