Mobil versiya
QDİƏT PA-da Azərbaycanı dəstəkləyən və dəstəkləməyən dövlətlər - Eldar Quliyev DANIŞDI
Tarix: 12-01-2021 | Saat: 11:42
Bölmə:Manşet / Seçki 2024 | çapa göndər

QDİƏT PA-da Azərbaycanı dəstəkləyən və dəstəkləməyən dövlətlər - Eldar Quliyev DANIŞDI

Milli Məclisin beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndə heyətləri zaman-zaman dövlətimizə qarşı qərəzli yanaşmaların, çıxışların şahidi olub.

30 ilə yaxın müddətdə Qarabağ münaqişəsinə ikili yanaşma, işğalçının dəstəklənməsi ənənəvi hala çevrilmişdi. Sözdə dünyadakı münaqişə ocaqlarına insani münasibət sərgilədiklərini deyən ATƏT, BMT, AŞPA kimi beynəlxalq təşkilatlar məsələnin həllində lal, kar və kor olurdular.


2020-ci ilin payızında Azərbaycanın itirilmiş ərazi bütövlüyünü bərpa etmək uğrunda apardığı 44 günlük savaş düşmənin məğlubiyyəti və hərbi kapitulyasiyanı imzalaması ilə nəticələndi.

İndi bir şey maraqlıdır. Sözdə sülh hayqıran beynəlxalq təşkilatlar onların iştirakı olmadan həll edilmiş Qarabağ məsələsinə necə yanaşır?
Azərbaycanın qələbəsinə necə münasibət bəsləyir?


Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatındakı Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri Eldar Quliyev Modern.az-a açıqlamasında bildirib ki, bəzi dövlətlərin qərəzi Qarabağ münaqişəsi həll olunandan sonra da özünü göstərdi:

“Hazırda pandemiya şəraiti davam edir. Pandemiyanın bitəcəyi günü səbirsizliklə gözləyirəm ki, gedib həm ermənilərin, həm də bəzi ermənipərəst dövlətlərin nümayəndələrinin gözünün içinə baxım və görüm ki, indi nə deyəcəklər?! İllərdir ki, Qarabağın Azərbaycan torpağı olduğunu deyirdik. İrəvan xanlığı bizim olub. Ermənilərin gerçək üzünü dünyaya tanıdırdıq. Düzdü, bizim ədalətli mövqeyimizi dəstəkləyən dövlətlər az olurdu. Əksər dövlət nümayəndələri gerçəyi bilirdi. Sadəcə, erməni lobbisinin təsiri güclü idi. Ancaq 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusu erməni mifini darmadağın etdi”.

Eldar Quliyevin sözlərinə görə, QDİƏT PA-nın üzvləri arasında Azərbaycanın Qarabağ savaşındakı qalibiyyətini təbrik edənlər də oldu, neytral mövqe sərgiləyən də:

“Türkiyə, Gürcüstan Ukrayna, Bolqarıstan kimi dövlətlərin QDİƏT PA-kı nümayəndələri bizi hər zaman dəstəkləyib. Onlayn görüşlərdə də, təbrik məktublarında da Qarabağ savaşındakı qalibiyyətimiz münasibətilə bizi təbrik etdilər. Bunlar Azərbaycanın yanında olublar. Ancaq Yunanıstan nümayəndə heyəti bizi təbrik etmədi. Hətta Vətən müharibəsi zamanı yunanlar ermənilərin tərəfində bizə qarşı vuruşmuşdular. Serbiya dövləti də həmişəki kimi Qarabağ məsələsinə neytral qaldı. Baxmayaraq ki, Serbiya dövlətinə çox köməyimiz dəyib. Bunlar bəzi böyük dövlətlərin bayraqları altında olduqları üçün Qarabağın azadlığı məsələsində də obyektivlik göstərə bilmədilər. Mənimlə üz-üzə söhbət zamanı “sən düz deyirsən” deyib, səsvermə məsələsində çıxıb bayırda siqaret çəkirdilər. Rusiya da qələbəmizə neytral qaldı”.

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-10-2024