Mobil versiya
Firəngiz Mütəllimova: “Şuşa xatirələrimin şəhəridir”
Tarix: 06-01-2021 | Saat: 16:40
Bölmə:Parlament | çapa göndər

Firəngiz Mütəllimova:


"Mənim üçün Şuşanın mədəniyyət paytaxtı elan olunmasından böyük sevinc ola bilməz. Bir şuşalı kimi bununla fəxr edirəm".

Bunu Azvision.az -a Şuşadan olan Xalq artisti Firəngiz Mütəllimova deyib.

Tanınmış aktrisa bildirib ki, doğma şəhərinin işğaldan azad edilməsi ilə arzuları çin olub. Şuşaya qayıdacağı günü həyəcanla gözləyən Xalq artisti orada keçirələcək bütün tədbirlərdə iştirak edəcəyini söyləyib.

"Şuşa həmişə qayğı əhatəsində olub. Bu həssas dönəmdə daha gözəl formada kövrək Şuşamızı dirçəldəcəyik. Allah qismət etsə, orada keçirilən bütün tədbirlərdə iştirak edəcəyəm. Hələ Şuşaya gedə bilməmişəm. Düzü, heç bilmirəm gedəndə sevinc hisslərimi necə büruzə verəcəyəm. Şuşa mənim xatirələrimin şəhəridir. Orada keçirdiyim xoşbəxt günlər heç vaxt yaddan çıxmaz. Yenidən o günləri yaşayacağam. Şuşa təkcə Azərbaycanın deyil, regionun, hətta deyərdim ki, dünyanın mədəniyyət mərkəzidir. Şükürlər olsun ki, biz 30 ildən sonra yenidən öz şəhərimizə qayıdırıq. Şuşa azərbarcanlılar üçün yalnız mədəni deyil, həm də mənəvi paytaxtdır. Bizim böyük qayıdışımız tezliklə baş tutacaq. Yenidən Şuşa inkişaf edəcək, ölkəmizin ən gözəl şəhərlərindən biri olacaq", - deyə Firəngiz Mütəllimova vurğulayıb.

Xalq artisti doğma şəhərinin erməni işğalından azad edilməsinə görə Prezident İlham Əliyevə və müzəffər Ordumuza öz minnətdarlığını bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-10-2024