Allahverdi Haxverdiyev : “İlham Əliyev xalqın inandığı yeganə liderdir”
Tarix: 24-12-2020 | Saat: 11:00
Bölmə:Karusel | çapa göndər

“Əldə olunan möhtəşəm uğurlar Ölkə Prezidentinin həyata keçirdiyi siyasi kursun Azərbaycanda alternativsiz olduğunu bir daha təsdiq etmiş oldu” – bu sözləri saytımıza verdiyi müsahibəsində YAP Qubadlı rayon təşkilatının sədiri Allahverdi Haxverdiyev deyib.
İlk öncə əməkdaşımızın Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə suallarını cavablandıran Allahverdi Haxverdiyev demişdir ki, ölkəmiz məhz bu islahatlar sayəsində artıq uzun müddətdir ki, regionun lider dövləti olaraq dünya ölkləri tərəfindən qəbul edilib. Müsahibimiz qeyd etmişdir ki, Ölkə Prezidenti cənab İlham Əliyevin bütün bu illər əzində qəbul etdiyi hər bir qərarı da ilk növbədə iqtisadiyyatımızın gücləndirilməsinə xidmət etmişdir: “Ölkəmizin 2003-cü ildən bu günə qədər keçdiyi möhtəşəm inkişaf yolundan danışarkən ilk növbədə qeyd etmək lazımdır ki, bütün bu illər ərzində Prezident cənab İlham Əliyev tərəfindən qlobal proseslərə və müasir çağırışlara adekvat şəkildə, praqmatik yanaşmalar əsasında Azərbaycanın hərtərəfli inkişaf strategiyasının daha da təkmilləşdirilməsi, respublikanın ümumi inkişafında milli resurslardan istifadə imkanlarının daha səmərəli və elmi əsaslar üzərində həyata keçirilməsi, siyasi və iqtisadi idarəetmə üsullarının müasirləşdirilməsi və demokratikləşdirilməsi sayəsində respublikamız dünyada maraqla qarşılanan və bir çox ölkələr üçün örnəyə çevrilən milli inkişaf modelinə sahib olmuşdur. Əldə olunan möhtəşəm uğurlar dövlət başçımızın ilk növbədə ölkədə sosial ədalət prinsiplərinin yüksək səviyyədə təminatına yönələn siyasi kursunun, müasir yanaşmalara əsaslanan mükəmməl islahatlar konsepsiyasının Cənubi Qafqaz məkanında iqtisadi qüdrətinə görə öndə olan Azərbaycanın perspektiv strateji hədəflərinə nail olması və inkişaf etmiş güclü dövlətlər sırasında yer alması üçün də alternativsiz olduğunu təsdiq etmiş oldu.”
Həmçinin öz müsahibəsində güclü iqtisadiyyatın həm də ordu quruculuğu üçün zəruri şərt olduğunu vurğulayan Allahverdi Haxverdiyev, ölkəmizin məxsusi olaraq son 17 ildə bu istiqamətdə son dərəcə yüksək nailiyyətlərə imza atdığını da qeyd etmişdir: “Məlumdur ki, bütün bu illər ərzində Azərbaycanın qarşısında duran və 30 ilə yaxın bir müddət ərzində öz həllini gözləyən ən başlıca məsələ torpaqlarımızın işğaldan azad edilməsilə bağlı olub. Ölkə Prezidenti cənab İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi daxili və xarici siyasi kursu da ilk növbədə məhz bu məsələnin həllinə yönəlmişdi. Təbii ki, güclü orduya malik olmadan Azərbaycan öz ərazi bütövlüyünü bərba edə bilməzdi. Ordu quruculuğu isə güclü iqtisadiyyat tələb edən bir prosesdir. Buna görə də Prezident İlham Əliyev bu iki məsələni, iqtisadiyyatın inkişafını və ordu quruculuğunu daima xüsusi diqqət mərkəzində saxlayıb. Güclü iqtisadiyyat imkan verdi ki, Azərbaycan lazım olan hərbi texnikanı və silahları aldı. Ali Baş Komandan ordumuzu inkişaf etdirərkən ən qabaqcıl meyilləri nəzərdən keçirmişdir. Biz o silahları alırdıq ki, bu silahlar bizim üstünlüyümüzü təmin etsin və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Bu tarixi zəfərə imza atan Azərbaycan xalqı öz möhtəşəm qələbəsinin sevincini yaşamaqda davam edir. Dekabr ayının 1-də işğal altında olan son ərazilərimizdən, Laçın rayonundan erməni işğalçılarının çıxarılması ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Sözsüz ki, Azərbaycanın ən möhtəşəm qələbəsi olan bu tarixi zəfər də birbaşa Ali Baş Komandan cənab İlham Əliyevin adı ilə bağlıdır.”
Müsahibənin sonunda Allahverdi Haxverdiyev Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbəni şərtləndirən əsas amillərdən biri kimi ölkəmizdə mövcud olan xalq-dövlət birliyinin və ümummilli həmrəyliyin olduğunu xüsusi vurğulamışdır: “Birmənalı olaraq qeyd olunmalıdır ki, bu gün Azərbaycanın bütün uğurlarının əsasında duran ən vacib məqamlardan biri də xalq-iqtidar birliyidir. Bütün dünya bilir ki, bu gün Azərbaycanda hökm sürən multikulturalizm və tolenrantlıq şəraitində ölkəmizdə bir çox millətlərin nümayəndələri, fərqli mədəniyyətlərə və dinlərə məxsus olan insanlar birlikdə, sülh və əmin-amanlıq içərisində yaşayırlar, birgə qurub-yaradırlar. Bizim qonaqpərvərliyimiz də bütün dünyaya məlumdur. Ölkə Prezidenti cənab İlham Əliyevin də öz çıxışlarında və müsahibələrində dəfələrlə dediyi kimi, Azərbaycan monoetnik Ermənistandan fərqli olaraq çoxmillətli dövlətdir və bizim gücümüz də məhz bundadır. Lakin sülhsevərlik acizlik anlamına gəlməməlidir. Mənfur erməni işğalçıları və onlara havadarlıq edən qüvvələr də düşünürdülər ki, zəbt etdikləri torpaqlarımızda əbədi qalacaqlar. Lakin Ali Baş Komandanımızın polad iradəsi, Azərbaycan Ordusunun yenilməz qüdrəti, xalqımızın sarsılmaz birliyi və ən əsası da Azərbaycan xalqının öz liderinə şəksiz inamı düşmənin bütün planlarını bir anın içərisində alt-üst etdi. 30 il davam edən işğala cəmi 44 günə son qoyuldu. Bu gün artıq bütün dünya bilir ki, bundan sonra Azərbaycanın nə ərazi bütövlüyünə, nə də suverenliyinə qarşı istənilən şəkildə ifadə olunacaq hər hansı bir təhdid qarşılıqsız qalmayacaq. Çünki Azərbaycanın qüdrətli Ordusu və Müzəffər Ali Baş Komandanı var!”
Abbas Abbasov
Elburus Bağırov
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-06-2025
14-06-2025
13-06-2025