Mobil versiya
Kallas İran və İsrailə müraciət edib
Tarix: 13-06-2025 | Saat: 18:19
Bölmə:Özəl | çapa göndər

Kallas İran və İsrailə müraciət edib
Abzats Telegram kanalı xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Kaja Kallas İsrail ordusunun İslam Respublikasındakı hədəflərə endirdiyi zərbələr fonunda İran və İsraili diplomatiyaya çağırıb.
Cümə günü, iyunun 13-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri dəqiq kəşfiyyat təlimatları əsasında hərəkət edərək, nüvə obyektləri və İranın yüksək səviyyəli hərbi rəhbərlərinin sığınacaqları da daxil olmaqla, İran boyu 100-dən çox hədəfə hücum edib.

"Yaxın Şərqdə vəziyyət təhlükəlidir. Mən bütün tərəfləri təmkinli olmağa və daha da gərginliyin qarşısını almağa çağırıram. Diplomatiya irəliyə doğru ən yaxşı yol olaraq qalır və mən gərginliyin azaldılmasına yönəlmiş istənilən diplomatik səyləri dəstəkləməyə hazıram", - Kallas bildirib.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen münaqişə tərəflərini vəziyyəti dərhal deeskalasiya etməyə və cavab addımlarından çəkinməyə çağırıb.

Federasiya Şurasının Konstitusiya Komitəsinin rəhbəri Andrey Klişas da öz növbəsində İsrailin İrana zərbələrindən sonra Yaxın Şərqdə böyük müharibənin başladığını elan edib.


Deputat qeyd edib ki, onun üç sualı var: “beynəlxalq hüquqla nə baş verir”, NATO-nun Avropa paytaxtlarında “atəşkəs və dərhal atəşkəs” tərəfdarlarının nə deyəcəyi və ABŞ prezidenti Donald Trampın münaqişə tərəflərindən məyus olub-olmamasını bilmək istiyir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-06-2025