Üzeyir Qasımov: “Prezident cənab İlham Əliyev yeni əsr ordu komandanı obrazının müəllifi oldu”
Tarix: 20-12-2020 | Saat: 10:00
Bölmə:Karusel | çapa göndər

“Müasir silahların, yüksək texnologiyaların geniş tətbiqi ilə dəqiq zərbələrin həyata keçirilməsi, əks-hücum əməliyyatlarında canlı qüvvə itkilərinin minimuma endirilməsi Azərbaycan Ordusunun yüksək hazırlığından və təchizatından xəbər verir” – bu sözləri saytımıza verdiyi müsahibəsində 12 Saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Üzeyir Qasımov demişdir.
Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda apardığı Vətən müharibəsinin nəticələri barədə əməkdaşımızın suallarını cavablandıran Üzeyir Qasımov bildirmişdir ki, torpaqlarımızın azad edilməsi uğrunda ordumuzun apardığı hərbi əməliyyatlar dünyanın bir çox hərbi ekspertləri tərəfindən taktiki baxımdan yüksək qiymətləndirilib: “Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfərlə başa çatdırdığı Vətən müharibəsinin gedişində baş verən döyüşlər, keçirilən hərbi əməliyyatlar müasir lokal müharibələrin aparılma taktikasına bir çox yeniliklər verdi. Bu baxımdan dünyanın bir çox hərbi ekspertləri tərəfindən ordumuzun döyüş taktikası öyrənilir və yüksək qiymətləndirilir. Müasir silahların, yüksək texnologiyaların geniş tətbiqi ilə dəqiq zərbələrin həyata keçirilməsi, əks-hücum əməliyyatlarında canlı qüvvə itkilərinin minimuma endirilməsi Azərbaycan Ordusunun yüksək hazırlığından və təchizatından xəbər verir. Keçirilən hərbi əməliyyatların bir unikallığı da bu oldu ki, Azərbaycan Ordusu düşmən tərəfindən beş ilə işğal edilmiş və növbəti 30 il ərzində müxtəlif hərbi-mühəndis qurğuları, müdafiə istehkamları, keçilməz mina sahələri vasitəsilə möhkəmləndirilmiş əraziləri cəmi 44 gün ərzində azad etdi. Bu həqiqətən də ordumuzun yüksək döyüş qabiliyyətindən və Ali Baş Komandanımızın yenilməz iradəsindən xəbər verən bir faktdır. Artıq bütün dünya Azərbaycanı həm də Vətən müharibəsindən qalib çıxan bir dövlət, öz suverenliyini, ərazi bütövlüyünü müdafiə etmək qabiliyyətində olan bir ölkə olaraq tanımaq və qəbul etmək məcburiyyətindədir. Möhtərəm dövlət başçımızın işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zaman etdiyi çıxışında da dediyi kimi, biz texniki cəhətdən ən müasir silahlarla təchiz edilmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, o videogörüntülər var. İndi onlar bir çox ölkələrdə öyrənilir və öyrəniləcək, hərbi kitablara salınacaq. Vətən müharibəsinin strategiya və taktikasını hazırlayan Azərbaycan Prezidenti cənab İlham Əliyev özü isə həm də yeni əsr ordu komandanı obrazının müəllifi oldu.”
Daha sonra bu mövzuda öz fikirlərini davam etdirən Üzeyir Qasımov Vətən müharibəsinin Azərbaycanın tarixində bundan sonra da əbədi olaraq ən parlaq və ən şərəfli səhifələrdən biri kimi qalacağına əmin olduğunu deyib: “Danılmaz bir həqiqətdir ki, Azərbaycan məhz bu gün özünün ən şərəfli, ən əzəmətli dövrünü yaşayır. Etiraf etməliyik ki, son 2-3 əsr ərzində Azərbaycan özünün itirilmiş, işğal edilmiş ərazilərindən az bir hissəni olsun belə geri ala bilməmişdi. Yalnız bu gün bu şərəfli missiyanı Ali Baş Komandan cənab İlham Əliyev yerinə yetirdi! Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən özbaşınalıq, hərc-mərclik erməni separatçılarına imkan vermişdi ki, torpaqlarımızın 20%-ni işğal etsinlər. Bu işğal düz otuz il davam etdi. Beynəlxalq təşkilatlar otuz il ərzində bizə yalan vədlər verdilər, münaqişənin dinc yolla həll olunacağına bizi inandırmağa çalışdılar. Lakin Azərbaycan yalnız bu vədlərə bel bağlamadı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra respublikamızda ordu quruculuğu prosesini ardıcıl və sistemli şəkildə həyata keçirməyə başladı. Bu siyasəti son 17 il ərzində inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev isə Silahlı Qüvvələrimizin həm kəmiyyət, həm də keyfiyyətcə yüksək səviyyədə komplektləşməsinə və daha da güclənməsinə nail oldu. Möhtərəm Prezidentimiz ordu quruculuğu məsələlərini daim xüsusi diqqət mərkəzində saxladı. Ali Baş Komandan öz çıxışlarında dəfələrlə ölkəmizin ərazi bütövlüynün bərpa edilməsində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində məhz ordumuzun üzərinə mühüm vəzifələr düşdüyünü bildirmiş, Azərbaycanın uzun müddət nəticəsiz qalacaq danışıqlarda iştirak etmək niyyətində olmadığını vurğulamışdı. Az qala bütün dünya bu münaqişənin hərbi yolla həllinin olmadığını təkrar-təkrar beyinlərə yeritməyə çalışdığı halda, möhtərəm Prezidentimiz qətiyyətlə bəyan etmişdi ki, münaqişənin hərbi yolla həlli var və lazım gələrsə Azərbaycan məhz bu yolla öz torpaqlarını azad edəcək. Bu gün isə tarix məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin haqqlı olduğunu göstərdi.”
Öz müsahibəsində Üzeyir Qasımov bunu da xüsusi olaraq vurğulamışdır ki, Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsi ölkəmizin inkişaf etmiş iqtisadiyyata və güclü orduya sahib ola bilməsi ilə təmin edildi: “Ali Baş Komandan cənab İlham Əliyevin dəfələrlə öz çıxışlarında qeyd etdiyi kimi, bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil. Asılı olsaydı, bizə təzyiqlər edilə bilərdi. Onsuz da edilmişdi, ancaq onların heç bir səmərəsi olmadı. Çünki Azərbaycana qarşı iqtisadi amildən istifadə etmək mənasızdır. Biz heç kimdən asılı deyilik, hansısa ölkədən, hansısa beynəlxalq maliyyə qurumundan asılı deyilik. Ölkə Prezidenti cənab İlham Əliyev 17 il ərzində daim deyirdi ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik. Möhtərəm dövlət başçımız məqsədyönlü fəaliyyəti və ciddi səyləri nəticəsində bunu təmin etdi. Bizim kifayət qədər güclü iqtisadi potensialımız və maliyyə resurslarımız imkan verdi ki, iqtisadi müstəqilliyi tam təmin edək. Bu da qələbənin əldə edilməsində xüsusi rol oynayırdı. Çünki əgər biz iqtisadi cəhətdən müstəqil olmasaydıq, biz siyasi müstəqillik əldə edə bilməzdik. Siyasi müstəqillik olmadan torpaqlarımızı düşməndən azad edə bilməzdik. Çünki onların arxasında böyük dövlətlər, o dövlətlərin çox nüfuzlu dairələri, erməni lobbi təşkilatları dayanır. Güclü iqtisadiyyat imkan verdi ki, Azərbaycan lazım olan hərbi texnikanı və silahları aldı. Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda hakimiyyətə gəldiyi ilk gündən demişdi ki, Azərbaycan öz torpaqlarını istənilən yolla azad edəcək. Bu gün bütün dünya möhtərəm dövlət başçımızın verdiyi hər bir sözün arxasında sona qədər durduğunun bir daha şahidi oldu.”
Cabbar Həsənov
Elçin Quliyev
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-06-2025
14-06-2025
13-06-2025