Mobil versiya
Araz Babayev: “Prezident İlham Əliyev Azərbaycan xalqının yeganə lideridir”
Tarix: 18-12-2020 | Saat: 09:30
Bölmə:Karusel | çapa göndər

Araz Babayev: “Prezident İlham Əliyev Azərbaycan xalqının yeganə lideridir”


“Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davamlı olaraq həyata keçirilən iqtisadi islahatlar, insanların sosial-məişət problemlərinin həlli və yaşam səviyyələrinin yüksəldilməsi yönümündə qəbul edilən regional inkişaf proqramları, həyata keçirilən siyasi islahatlar, korrupsiya ilə mübarizə tədbirləri – bir sözlə bütün istiqamətlərdə ilk növbədə məhz sadə vətəndaşın maraqlarının diqqətə alınması bu gün Azərbaycanda xalq-iqtidar birliyini həqiqətən də sarsılmaz etmişdir” – bu sözləri 4 Saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Araz Babayev saytımıza verdiyi müsahibəsində deyib.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda apardığı Vətən müharibəsində əldə etdiyi qələbəni şərtləndirən amillər barədə əməkdaşımızın suallarını cavablandıran Araz Babayev bildirmişdir ki, bu qələbəyə görə biz ilk növbədə Ali Baş Komandanımızın yenilməz iradəsinə, xalqın sarsılmaz birliyinə və ordumuzun gücünə borcluyuq. Müsahibimizin sözlərinə görə məhz bu üç amilin vəhdəti şanlı qələbəmizi tarixi zərurət kimi ortaya qoymuşdur: “Azərbaycanın öz torpaqlarını azad etmək üçün apardığı bu ədalətli müharibədə qalib gəlməsini bir çox amillər təmin edib. İlk növbədə güclü orduya sahib olmaq üçün həm insan resursları, həm də müasir texnologiyalara əsaslanan silahlar tələb olunur. Biz hamımız şahid olduq ki, Azərbaycanda hətta səfərbərliyə çağırılmayan insanlarımız da cəbhəyə göndərilmək üçün əllərindən gələni edirdilər. Xalqın ruh yüksəkliyi, qələbə əzmi elə bir səviyyədə idi ki, bizim qalib gələcəyimizə qətiyyən heç bir şübhə yeri qalmırdı. Əlbəttə ki, bu ruh yüksəliyi də xalqın öz dövlətinə, öz Prezidentinə olan etimadından, inamından və sevgisindən qaynaqlanır. Məhz bu inam və sevgi xalqı və ordunu Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında bir dəmir yumruq kimi birləşdirdi ki, sonda da həmin yumruq bir zərbə ilə düşmənin başını əzdi. Ölkə Prezidenti cənab İlham Əliyevin son illər yürütdüyü uğurlu daxili və xarici siyasət və bu zəmində Azərbaycanın əldə etdiyi böyük iqtisadi uğurlar beynəlxalq dairələrin də diqqətini cəlb etməkdədir. Hakimiyyətdə olduğu bütün illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davamlı olaraq həyata keçirilən iqtisadi islahatlar, insanların sosial-məişət problemlərinin həlli və yaşam səviyyələrinin yüksəldilməsi yönümündə qəbul edilən regional inkişaf proqramları, həyata keçirilən siyasi islahatlar, korrupsiya ilə mübarizə tədbirləri – bir sözlə bütün istiqamətlərdə ilk növbədə məhz sadə vətəndaşın maraqlarının diqqətə alınması bu gün Azərbaycanda xalq-iqtidar birliyini həqiqətən də sarsılmaz etmişdir. Beləliklə, müharibədə Azərbaycanın qələbəsini təmin edən əsas amillər kimi güclü ordu, bu ordunu dəstəkləyən həmrəy xalq, qoşunlarımızı müasir silah və texnologiyalarla təmin edə biləcək güclü iqtisadiyyat və əlbəttə ki, bütün bu vəzifələrin öhdəsindən gələ bilmək iqtidarında olan güclü lider faktoru çıxış edir.”
Daha sonra müsahibimiz noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyannamənin Azərbaycanın maraqlarına tam cavab verdiyini xüsusi olaraq qeyd etmişdir: “Noyabr ayının 8-də Ali Baş Komandanımızın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu Şuşanı azad etdi. Bundan dərhal sonra daha 72 yaşayış məntəqəsi və strateji yüksəliklər əsgərlərimizin ildırım sürətli həmləsi ilə əldə edildi. Düşmən yaranmış vəziyyətdən yeganə çıxış yolunun yalnız təslim olmaqda olduğunu anladı. Nəticədə Ermənistan faktiki olaraq özünün kapitulyasiya aktı anlamına gələn üçtərəfli bəyanatı imzalamalı oldu. Bilirsiniz ki, noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu o deməkdir ki, bölgədə gələcək əməkdaşlıq formatında Türkiyə və Rusiya birgə fəaliyyət göstərəcəklər. Digər tərəfdən isə Kəlbəcər, Ağdam və Laçın rayonlarından ermənilərin hərbi əməliyyatlar aparılmadan çıxarılması ordumuzun daha az itki verməsini təmin etdi və bu məqam tarixi zəfərimizin həm də siyasi-diplomatik qələbə kimi əldə olunmasını təsbit etdi.”
Müsahibənin sonunda isə Araz Babayev Azərbaycanın Vətən müharibəsində əldə etdiyi bu tarixi qələbənin xalqın öz Prezidentinə olan sonsuz etimadının və sarsılmaz inamının, onu yeganə lider olaraq qəbul etməsinin daha bir təcəssümü olduğunu vurğulayaraq bunları deyib: “Möhtərəm Prezidentimizin tarixi qələbə münasibətilə xalqa etdiyi müraciətində də dediyi kimi, məhz Azərbaycan xalqının öz dövlətinin başçısı ətrafında sıx birləşməsindən yaranmış dəmir yumruq düşmənlərimizin başını əzmişdir. Azərbaycanın otuz il işğal altında qalan torpaqlarını azad etməklə Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Ordumuz xalqın qürurunu özünə qaytardı. Artıq Azərbaycan vətəndaşları öz ölkələrində məcburi köçkün həyatı yaşamaq məcburiyyətində olmayacaqlar. İnsanlarımız işğaldan azad edilmiş dədə-baba yurdlarına qayıdacaq, həmin torpaqlarda həyat yenidən başlayacaq. Bu gün biz hamımız bu möhtəşəm qayıdışın ilk addımlarının da şəxsən Ölkə Prezidenti, Azərbaycan xalqının yeganə lideri cənab İlham Əliyev tərəfindən necə atıldığını qürurla izləyirik. Məhz bu baxımdan da möhtərəm dövlət başçımızın işğaldan azad edilmiş rayon və şəhərlərimizə etdiyi tarixi səfərlərin əhəmiyyəti son dərəcə böyükdür. Azərbaycan xalqı öz liderinə inanır və güvənir!”

Abbas Abbasov
Elburus Bağırov

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə